Azərbaycancaaz
Mir.az » Kitablar » Necip Mahfuz "Dilənçi" PDF

Necip Mahfuz "Dilənçi" PDF

Necip Mahfuz "Dilənçi" PDF
  • Reytinq: 1
  • Şərhlər: 1
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər

Məhfuz oxucunu təkcə baş qəhrəmanın psixologiyasına yönəltmir; Sənətlə elm, idealizmlə realizm arasında yol tapmağa çalışan bir xalqın vicdanını da araşdırır.
Necip Mahfuz "Dilənçi" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 1

Şərh Yaz
  1. Samir Beydullayev_2
    Samir Beydullayev_2
    Oxucu
    Hərkəsə salam! Bu mənim Necib Mahfuzdan oxuduğum 4-cü kitabdır.Həqiqətəndə mənim fikrimcə az dəyər görən bir yazıçıdır.Kitablarının satışı demək olar yoxdur.Belə deyək Misirin Dostoyevskisi Necib Mahfuzdur.Əsərlərində o dönəmdə olan siyasi problemlər,devrim bunun insanlara necə təsir etdiyini,ailə probləmləri,qadınların daha aşağı movqedə olmasını,cinsəllik,eşq,fəlsəfə,psixoanaliz,din hər şey tapmaq olar.Və oxucuya yalnız düşünməyi buraxır.

    Yaxşı bir işi,ailəsi,qazancı olan Ömərin getdikçə düşüncələri, fikirləri dəyişməyə başlayır.Əlində hər şey olmasına baxmayaraq özünə,ailəsinə,ətraf aləmə bir sözlə yadlaşmağa başlayır.Hətta buna görə həkimədə gedir.Bunun sağlamlıqla əlaqədar omadığını özüdə bilirdi.Yavaş-yavaş evindəndə soyuyur.Bunu çöldə başqa qadınlarla eşq yaşamaqda axtarır.Bu daha da onu yadlaşdırır.Bu xəstəliyin səbəbini belə özü anlamır.Həyatın anlamına aid suallar,yaşamdakı boşluq,bir heç olduğumuz düşüncələri nə eləsədə beynindən çıxmır.Getdikçə özünü soyutlaşdıraraq üzərinə bir qabıq örtür.

    Burada əslində çox nəticə çıxarmaq olar bu oxucunun düşünmə tərzindən aslıdır.
    1.İnsan daim hərəkət halında olmalıdır.Əgər həyatını qazanıbsa əsas məsələ buradan başlayır.Şopenhauerin belə bir sözü var idi.Öz sözlərimlə deyəcəm."Həyat ehtiyac və can sıxıntısı arasıda bir şkaladır".Insanlar ehtiyaclarını qarşıladıqdan sonra əgər böyük bir ruhu yoxdusa,hər zövq digər zövqü özüylə gətirir və bu can sıxıntısına aparır cıxarır.O demək deyil daima acı çəkəsən amma dəngəni qorumaq səndən aslıdır.Birnci fikrim budur.
    2.Beynin daim düşünməsi yaxşı bir şey deyil.Amma düşünməməkdə bir şey deyil.Düşünmək deyəndə kirli düşüncələri demirəm.İnsan hər gün mənim fikrimcə yarım saat özüylə danışmağı sual verməyi bacarmalıdı.Amma bir tərəfdəndə o düşüncələrə, fikirlərə özünü qurbanda verməli deyil.Ömərin 45 yaşında bu quruntuya düşməsinin səbəbini birində bunda bilirəm.

    Hərf,qrammatik səhvlərim ola bilər üzrlü sayın :) .Kitabı məsləhət görürəmmi? 1.Təzə kitab oxumağa başlayanlara
    2.Keçid yaş dövründə olanlara
    məsləhət görmürəm qalan oxuyuculara hə:)

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar