Azərbaycancaaz
Mir.az » Kitablar » Fridrix Nitsşe "Zərdüşt Belə Dedi" PDF

Fridrix Nitsşe "Zərdüşt Belə Dedi" PDF

Fridrix Nitsşe "Zərdüşt Belə Dedi" PDF
  • Reytinq: 41
  • Şərhlər: 5
Populyarlıq 85% 85%


Diqqət Çəkənlər

Bu əsər dünya fəlsəfi fikrinin zehinlərdə dərin iz buraxan on kitabından biri sayılır. Dahi mütəfəkkir Fridrix Nitsşenin qədim şərq müdriki Zərdüştün həyatına və düşüncələrinə həsr olunmuş əsəri həyat və qüdrətli zəka qəhrəmanları haqqında ən kədərli epopeyalardan biridir.

Əsər 4 əsas bölməyə ayrılır. 83 bölümdən ibarətdir və hər bölümün başlıq mövzusu insan davranışları və faktlardır. İlk iki hissəsini 1883-cü ildə, üçüncü hissəni 1884-cü ildə, dördüncü və son hissəni 1885-ci ildə yazmışdır.

Əsər fövqəlinsan və əbədi təkrarlanma anlayışları üzərində qurulub.

Əsərin dili şeir ilə adi yazı arasındadır. Ümumilikdə şeir xüsusiyyəti üstünlük təşkil edir. Nitsşe bu əsərdə alman dilinə uymayan fərqli bir danışıq tərzi seçmiş, öz tərzini yaratmışdır. Əsərlərindəki dilin qeyri-müəyyənliyi Nitsşenin fikirlərinin yanlış şərhinə gətirib çıxarmış, onun tərəfdarı olmadığı, hətta qarşı çıxdığı fikirlərə yol açmışdır. Buna görə də, Nitsşe özünü vaxtından əvvəl gəlmiş filosof hesab edir, insanların onu 1 əsr sonra anlayacağını demişdir. Bu yazı tərzi onun fəlsəfəsi ilə əlaqədardır. Nitsşe üçün fəlsəfə ilə yaşayış iç-içədir. Nitsşenin filosofu bir fərd olaraq, bir yaradıcı olaraq, dəyişməyən hər dəyərə qarşı bir döyüşçü olaraq bütlərin qarşısındadır.Filosof bu günə qədər dəyişmədən qalan hər şeyi dəyişdirən, doğru olduğuna inanılanların yanlışlığını, yanlış olduğuna inanılanların doğruluğunu göstərən, dəyərlərin yazılı olduğu lövhələri qıran insandır.

Nitsşe "inanmağa" qarşı çıxır. Hətta öz düşüncələrini belə imtahan edən Nitsşeyə görə, inanmaq araşdırmadan qəbul etməkdir.

"Zərdüşt belə deyirdi" əsərində Nitsşe özünə təmsilçi olaraq Zətdüştü seçir. O, bu adı, qədim İran peyğəmbəri olan Zərdüştün şərəfinə seçmişdir. Lakin Nitsşenin Zərdüştü tarixi Zərdüştün tam əksidir. O, peyğəmbər kimi dini yaymır, əskinə, ona qarşı çıxır. Əsərdəki Zərdüştə görə, insan heyvanla fövqəlinsan arasındakı ipdir. İnsanların hədəfi fövqəlinsana çevrilmək olmalıdır və bunun üçün bütün keçmiş dəyərləri, adətləri məhv etməlidir. Zərdüştün fikrincə, insanların nə tanrıya, nə Zərdüştün özünə ehtiyacı yoxdur. Onlar qanunları özləri yaratmalı və özləri-özlərini mühakimə etməlidirlər.


Əsərdən parça:

Fridrix Nitsşe

Zərdüşt belə deyirdi

Fridrix Nitsşe "Zərdüşt Belə Dedi" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 5

Şərh Yaz
  1. Qonaq Aytəkin
    Qonaq Aytəkin
    Qonaq
    Nothing
  2. Apon
    Apon
    Oxucu
    Kitabın orjinalı 308 səhifədi, burda niyə 27 səhifə gəlir?
    1. Admin
      Admin
      Bilgin
      Kitab yeniləndi.
      --------------------
      İnstagram

  3. Apon
    Apon
    Oxucu

    Salam. Friedrich Nietzsche "Böyle buyurdu Zerdüşt" kitabını yükləmək olmur. Yükləyə klikləyirəm, Giriş qadağandır gəlir ekrana. zəhmət olmasa bu problemin, məndə ya sizdə olduğunu deyərdiniz. 

    1. Loreyn
      Loreyn
      Redaktor

      Ekran fotosunu whatsapp nömrəmizdə göndərin zəhmət olmasa.

      whatsapp: +994515299358

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar