Azərbaycancaaz
Mir.az » Kitablar » Sarah Jio "Böyürtkənli Qış" PDF

Sarah Jio "Böyürtkənli Qış" PDF

Sarah Jio "Böyürtkənli Qış" PDF
  • Reytinq: 40
  • Şərhlər: 2
Populyarlıq 73% 73%


Diqqət Çəkənlər

Roman elə ilk sətirlərdən oxucunu özünə cəlb edir. 1933-cü ilin may ayında Sietldə oğlunu tək böyüdən ana yatmamışdan əvvəl onu öpür və gecə növbəsinə işə gedir. Səhər isə şəhərə qar yağır, Vera işdən çıxıb evə gəlir və oğlunun yoxa çıxdığını görür. Aradan az qala 80 il keçəndən sonra yenidən may ayında Sietlə qar yağır və redaksiyadan qar tufanı haqda yazmaq tapşırığı alan Kler Oldricin apardığı təhqiqatlar tükürpərdən, dəhşətli hadisələrə işıq salır.
Sarah Jio "Böyürtkənli Qış" PDF
Kitab naşirin və ya yazarın tələbi ilə silinib.

Kitab naşirin və ya yazarın tələbi ilə silinib.

Saytımızın ünvanı qadağalar səbəbindən dəyişə bilər. Bu vəziyyətdən təsirlənməmək üçün sosial şəbəkə hesablarımızı izləyin.

Şərhlər 2

Şərh Yaz
  1. Bir möminə
    Bir möminə
    Şərhçi
    Əsərin adı, hadisələrin axışı, obrazların oxucu ilə bütünlməsi hər şey çox nəfis idi. Bu əsərini mütləq oxumalısınız, şedevrdir.

    •Evdən çıxmamış yandırdığım buxarı çoxdan sönmüşdü. Otaq soyuq idi, hədsiz soyuq idi. Yazıq Deniel, onun qızınmaq üçün yalnız bircə nimdaş adyalı var idi. Yəqin, bu gecə əməllicə donmuşdu... Şəhər varlıları haqda düşünəndə ətim ürpəşdi - onlara isti və xovlu adyalın altında rahat idi, gecəyarısı tort yeyirdilər... Mənim oğlumsa səs-küylü bann üstündə öz çarpayısında tək- tənha titrəyirdi. Bu dünyaya nə olmuşdu?

    •“Lazım deyil, - deyib qutuya doğru tullandım. - Atmayın, mən onları qoruyub saxlayacağam”.
    Qoy mən bu şəkillərdəki qohumlarımın çoxunun adını bilməyim, lakin onların şəkillərini zibil qutusuna atmaq mənə xəyanət kimi gəldi. Bu haqda düşünmək mənə dözülməz gəlirdi.

    •Biz hər birimiz travmaları və həyəcanları müxtəli f cür yaşayırıq.
    Hər halda, Marqaret, mənim psixoterapevtim belə deyir. Bəzi adamlar öz iztirablarını ətrafındakıların üzərinə səpirlər. Digərləri isə ürəklərinə salırlar; öz ağrılarını özlərində “kip bağlayır” və onu qəlblərinin dərinliklərində gizlədir, onun oradaca özünə yer eləməsinə imkan yaradırlar.

    •Məni əlimdəkini başqasıyla bölməyə öyrədiblər.

    Başa düşmürlər ki, onların texnikaları tarixi və insanların xatirələrini dağıdır.

    📚 Sarah Jio, “Böyürtkənli qış”
  2. Musabeyov Nicat
    Musabeyov Nicat
    Oxucu
    Oxuduğum ən möhtəşəm, ən qüsursuz romanlardan biridir. İlk səhifədən həyəcan yaradır. Bir ananın fəryadı, çarəsizliyi, kimsəziliyi.Paralel olaraq bir müxbirin illər sonra buna bənzər acısı və şəxsi həyatı o qədər qüsursuz vurğulanıb ki inanın günlərlə təsirində qaldım romanın.

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar