Azərbaycancaaz
Mir.az » Kitablar » Salam Qədirzadə "46 bənövşə" PDF

Salam Qədirzadə "46 bənövşə" PDF

Salam Qədirzadə "46 bənövşə" PDF
  • Reytinq: 10
  • Şərhlər: 1
Populyarlıq 90% 90%


Diqqət Çəkənlər

Sovet-Azərbaycan ədəbiyyatının ən çox oxunan müəlliflərindən biri Salam Qədirzadənin “46 bənövşə”si maraqlı tarixçəsi olan əsərdir. Bu kitabın öz yaranışından bəhs edən üslubu var.
Bir gün Mənzərə adlı bir xanım yazıçının çalışdığı redaksiyaya gəlir. Yazıçıda maraq oyadaraq əkiz bacısı, yazıçı olmaq arzusu ilə gündəliklər yazan Könülün iki dəftərini ona verir. Sadəcə oxuyub fikir bildirməsini xahiş edir. Sovet illərinin sevgi və iztirablarını, gəncliyin əyləncə və məşğuliyyətlərini anlamaq üçün bu əsər olduqca maraqlıdır. Təsvir olunan hadisələr, mövzunun əlvanlığı, gənclərin duyğu və düşüncələri çox səmimi, şirin və təsirli dillə qələmə alınıb.
Beləliklə, böyük fransız yazıçısı və filosofu Alber Kamünün “…Var olmaq, yaşamaq, ölümә doğru getmәk demәkdir. Ölüm maһnının son sözüdür. Biz, necə deyәrlәr, ölüm cәzasına mәһkum olunmuş, ancaq һökmü nә vaxt vә һarada yerinә yetirilәcәyini bilmәyәn, yoldaşlarının isә hәr gün edam edildiyini görәn kimsәsiz insanlarıq” epiqrafı ilə başlayan gündəliklər “46 bənövşə” adı ilə oxuculara təqdim olunur.
Salam Qədirzadə "46 bənövşə" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 1

Şərh Yaz
  1. İntiqam İsmayıl
    İntiqam İsmayıl
    Şərhçi
    Çox gözəl əsərdir. Lakin yükləmə linkinin adında müəllif adında yanlışlıq olub. Onu düzəltsəniz gözəl olar.

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar