Azərbaycancaaz
Mir.az » Kitablar » Ramiz Rövşən "Hamı oğul böyütmüşdü " PDF

Ramiz Rövşən "Hamı oğul böyütmüşdü " PDF

Ramiz Rövşən "Hamı oğul böyütmüşdü " PDF
  • Reytinq: 11
  • Şərhlər: 0
Populyarlıq 91% 91%


Diqqət Çəkənlər

Yetim Qulu o qapıda, bu qapıda yetimçiliklə böyümüşdü; damdan yıxıla-yıxıla, çayda boğula-boğula, dünyanın bütün pis naxoşluqlarını çıxara-çıxara böyümüşdü.
Ancaq damdan yıxılanda qıçı sınmamışdı, çayda boğulanda batıb ölməmişdi, o ki qaldı naxoşluqlara, burda məsələ bir az qəlizləşir.

Çünki yetim Qulu uşaq vaxtı naxoşluğa düşürdüsə, kənddəki neçə-neçə uşağı da həmin naxoşluğa salırdı.

Qulu çiçək çıxartdı, kənddəki neçə-neçə uşaq da çiçək çıxartdı.

Qulu tamam sağaldı, heç o çiçəyin izi-tozu da qalmadı, ancaq kənddəki neçə-neçə uşağın sir-sifətində o çiçəkdən çopur qaldı.

Qulunun başı yara tökdü, kənddəki neçə-neçə uşağın başı da yara tökdü.

Qulu tamam sağaldı, heç o yaranın izi-tozu qalmadı, ancaq kənddəki neçə-neçə uşağın başında o yaradan keçəllik qaldı.

Bəli, yetim Qulu böyüdü, bir cavan oğlan oldu.

Tay-tuşları başladılar evlənməyə: sifəti çopurlar da evləndilər, başı keçəllər də.

Təkcə yetim Qulu bu qıvrımsaç başıynan, bu gül kimi sifətiynən evlənmədi ki, evlənmədi.

Yetim Qulu evlənməyə qorxurdu. Qorxurdu ki, evlənə - uşağı ola, ölə - uşağı yetim qala...

Yetim Qulu evlənmədi ki, uşağı yetim qalmasın.

Tay-tuşları oğul-uşaq sahibi oldular.
Ramiz Rövşən "Hamı oğul böyütmüşdü " PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar