Azərbaycancaaz
Mir.az » Kitablar » Fyodor Dostoyevski "Şeytanlar" PDF

Fyodor Dostoyevski "Şeytanlar" PDF

Fyodor Dostoyevski "Şeytanlar" PDF
  • Reytinq: 16
  • Şərhlər: 1
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər

"Şeytanlar" dahi rus ədibinin 5 böyük romanından biridir. Digər məşhur romanı "İdiot"un ardınca yazdığı bu əsərdə Dostoyevski sanki daha əvvəl dediklərini büsbütün inkar edir : Əgər "İdiot"da gözəllik tərənnüm edilir, onun gücü, qüdrəti dünyanın xilaskarı sayılırdısa, "Şeytanlar"da aparıcı qüvvə çirkinlik, pislikdir. Hansı ki, bu qüvvənin dünyanı məhvə sürüklədiyinə inanılır.

▪️ 19-cu əsrin tarix səhifələrində belə bir adla da qarşılaşırıq : gənc universitet tələbəsi Sergey Neçarov. Kommunist inqilabçısı və rus nihilist hərəkatının aparıcı üzvlərindən biri. Çar rejiminə qəti qarşı olan bu insan, çevrəsinə yığdığı insanlarla çevriliş etmə planları qurur.

▫️ Ancaq güclü həris hisslər, şübhələr onların müvəffəq olmasını əngəlləyir. Aralarından bir nəfərin xain olduğunu düşünüb öldürürlər, daha sonra ölkədən qaçırlar. Sergey mübahisəli siyasi mövqesinə görə gizləndiyi yerlərdə də birmənalı qarşılanmır, İsveçrədə tutulur, Rusiyaya təhvil verilir və həbsxanadakı cəza illəri ərzində ölür.

Bu proseslər müvafiq dövrdə hər kəs tərəfindən maraqla izlənirdi. Dostoyevskini tanıyanlar da bilir ki, onun hər əsərində, əsərin hər cümləsində müşahidə etdiyi olaylara olan yanaşması gizlənir. Bütün siyasi-iqtisadi, toplum məsələlərini yaxından izləyir, bədii və qeyri-bədii yazılarında onlara yer verirdi. Sözsüz ki, bu məsələyə də səssiz qala bilməzdi.

• Ancaq təbii ki, onun kimi bir dahi bu insanlara sadəcə xain, yaxud çılğın, ağılsız gənclər gözü ilə baxa bilməzdi, o daha geniş çərçivədə düşünməli, daha dərin analizlər etməli idi. Hekayəyə bir "Dostoyevski yanaşması" lazım idi. Dövrün siyasi mənzərəsini əks etdirən "Şeytanlar", özündə birləşdirdiyi bir çox obrazın düşüncə və xarakter tərzi ilə sizə bir hadisəni, bir insanı yox, məhz həyatı oxutduracaq.

Ondan nə anlayacağınız, nə hiss edəcəyiniz isə tamamilə sizə qalıb.

Son olaraq...

Bir Dostoyevski klassikasının ekranlaşdırılmaması mümkünsüz idi. 1988-ci ildə, Oskar mükafatlı rejissor Andrzej Wajda əsərin fransızdilli ekran adaptasiyasını yaratmışdır. Filmi izləyib nə qədər uğurlu alındığını özünüz dəyərləndirə bilərsiniz.
Fyodor Dostoyevski "Şeytanlar" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 1

Şərh Yaz
  1. siyahim555
    siyahim555
    Kitabxanaçı
    Dəfələrlə oxumuşam, Cinayət və Cəza romanından sonra, ustadın ən möhtəşəm ikinci əsəridir. Mütləq oxunmasını tövsiyyə edirəm.
    (Paylaşım üçün çoox təşəkkürlər.)
    --------------------
    Didilmiş bir qayığa düşən ay işığı kimiyəm. V.Vulf

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar