Azərbaycancaaz
Mir.az » Kitablar » Elizabeth Gaskell "Şimal Və Cənub" PDF

Elizabeth Gaskell "Şimal Və Cənub" PDF

Elizabeth Gaskell "Şimal Və Cənub" PDF
  • Reytinq: 10
  • Şərhlər: 0
Populyarlıq 90% 90%


Diqqət Çəkənlər

Kitab Haqqında:

Margaret Hale, ingiltərənin şimalında yerləşən Helstone şəhərində yaşayan bir keşişin qızıdır. Atasının, inancında şübhəyə düşüb, istefa etməsilə Hale ailəsi, cənubdaki sənaye şəhəri Miltona köçürlər. Margaret burada işçi təbəqəsindən bir çox əzablı insanların həyatları ilə tanış olur. Xüsusən də, bir neçə kasıb ailələr ilə yaxınlıq qurur. Atası burada xüsusi dərslər verməklə məişətlərini təmin etməyə çalışır. Onun tələbələrindən biri də John Thorntondur. Margaretin tanıyıb, yaxınlıq duyduqlarından fərqli olaraq, bu adam məhz, yuxarı təbəqəyə mənsub bir fabrik sahibidir. Odur ki, Margaret ona qarşı qəribə bir xoşnudsuzluq hissi duyur. Soyuq xarici görünüşü və ciddi təbiətinə baxmayaraq, olduqca mülayim bir qəlbə sahib olan Mr. Thornton, çox keçmədən gözəl Margaretə böyük bir məhəbbət duyur. Margaret də, tədricən onu tanıdıqca, əslində ilk düşündüyü kimi Thorntonun zalım və işçilərinə qarşı ədalətsizliklə rəftar edən biri olmadığının fərqinə varır. Odur ki, ona qarşı olan fikirləri yaxşılığa doğru dəyişir. Lakin, ən az John Thornton qədər qürurlu və məsafəli olan Margaret, öz qəlbinin səsinə baxmayaraq uzun müddət bu məhəbbəti cavabsız qoyur. Daha sonra, hər ikisinin də həyatlarında maddi-mənəvi iztirablar baş göstərir. Lakin sonda, böyük intizardan sonra, hər ikisi də, məhz xoşbəxtliyi bir-birində tapırlar.

Əsər, daxilində romantik bir məhəbbət hekayəsi daşısa da, daha çox sosyal janrda qələmə alınıb və dövrün sosial, ictimai problemlərini əks etdirir. Yazılıdığı gündən sevilən və Mrs. Qaskell'ə böyük şöhrət qazandıran əsər, Viktoriya dövrü ədəbiyyatının ən naliyyətli kitabları sırasındadır. Roman bir neçə dəfə filmə də adaptasiya edilib.
Elizabeth Gaskell "Şimal Və Cənub" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar