Azərbaycancaaz
Mir.az » Kitablar » Nizami Gəncəvi Xosrov və Şirin - PDF

Nizami Gəncəvi Xosrov və Şirin - PDF

Nizami Gəncəvi Xosrov və Şirin - PDF
  • Reytinq: 13
  • Şərhlər: 0
Populyarlıq 92% 92%


Diqqət Çəkənlər

Nizami Gəncəvinin "Xosrov və Şirin" poeması haqqında .

“Xosrov və Şirin” (1181) məhəbbət mövzusundadır. Sasani şahı Xosrov Pərviz və Azərbaycan gözəli Şirinin sevgisi ilə bağlı əfsanə və rəvayətləri diqqətlə öyrənən, müxtəlif mənbələrdəki natamam məlumatları səbirlə toplayıb təhlil edən şair ölməz sənət əsəri yaratmışdır. Onu adi sevgi dastanı adlandırmaq olmaz. Dövrün ictimai, siyasi problemləri, əxlaqi-etik qaydaları poemada öz geniş əksini tapmışdır. Dövlətin ağıl və ədalətlə idarə edilməsi, qadın ləyaqətinin ucalığı, təmiz əxlaq, insan qüdrətinə inam, sənət və sənətkara məhəbbət əsər boyu şairin izlədiyi məsələlərdəndir. Məhəbbətin insanı saflaşdıran, nəcibləşdirən hiss olduğunu ustalıqla əks etdirən Nizami bunu Xosrov obrazı vasitəsi ilə ifadə etmişdir. Şirini sevsə də, Xosrovun şahlıq qüruru ciddi səhvlər etməsinə səbəb olur. Şirinin məhəbbəti onu birdən-birə dəyişmir, bu, əslində, mümkün də deyildi. Şirinin dönməz iradəsi, ağıllı davranışı bu məğrur şahı tədricən dəyişir. Şirin qələbə çalır, lakin bu, ona asanlıqla başa gəlmir. İlk məhəbbətinə ömrü boyu sadiq qalan Şirin təmiz adını, ləyaqətini qoruyur, Xosrovdan bəzən etinasızlıq görsə də, ilk və həqiqi sevgisindən üz çevirmir. Xosrovun təbiətindəki qüsurların aradan qalxması üçün böyük əzab-əziyyətlərə qatlaşmalı olan Şirin Nizaminin ən çox sevdiyi qəhrəmanlarındandır.

Nizami Gəncəvi Xosrov və Şirin - PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar