Azərbaycancaaz
Mir.az » Kitablar » Patrik Ness "Bədheybətin Səsi" PDF

Patrik Ness "Bədheybətin Səsi" PDF

Patrik Ness "Bədheybətin Səsi" PDF
  • Reytinq: 8
  • Şərhlər: 0
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər

Bədheybətin harayı ilk öncə məşhur ingilis yazıçı və aktivist Siobhan Dowdun qəlbinə düşdü. İdeyasını tamamlanmış süjetə çevirə bilmədən xərçəngə məğlub oldu, vəfat etdi. Ölümündən sonra bu orjinal hekayəni hədər etmək istəməyən redaktor şirkətlə çalışan digər yazıçıya - Patrik Nessə təklif aparır.

• Maraqlıdır ki, bu iki yazıçı həyatda heç vaxt rastlaşmayıb. Bir-birlərinin əsərləri, medyadakı fikirlərini nəzərə almasaq, düşüncələrindən, hisslərindən xəbərsizdirlər. Buna rəğmən, Ness olduqca sadə üslublu, uşaq nağılı kimi görünən, ancaq güclü alt mənalara sahib, təsiri uzun müddət silinməyəcək bir əsər yaradır.

13 yaşlı Konorun anasının xəstəliyi güman ediləndən uzun çəkir. Çox daha uzun. Çox daha üzücü. Atası uzun müddətdir, onları tərk edib, kilometrlərlə uzaqda yeni bir həyat qurub və oğlu ilə sahib olduğu bağları get-gedə sönükləşir. Nənə isə Konorun bu həyatda heç bir vəchlə yola gedə bilməyəcəyi birisidir. Ən yaxın dostunu itirib. Məktəbdə necə olduğunun fərqinə varmadan tənhalaşıb. Hər kəs anasının saçlarının töküldüyünü bilir, ona yazıq gözü ilə baxır. Bu da az deyilmiş kimi, bir il əvvələ qədər varlığından xəbərsiz görünən sinif yoldaşı indi hər fürsətdə ona fiziki zərər yetirməkdən çəkinmir.

• Hər şey çox ağırdır. 13 yaşlı bir uşağın tab gətirə biləcəyindən daha ağır... Ancaq Konoru üzən bunlar deyil, həqiqətdir. O həqiqətin ağırlığının altında əzilir. Qəlbindəkiləri etiraf edə bilmir, gerçəklərlə üzləşməyə cəsarəti çatmır.

Bədheybət tam da bu anda üzə çıxır. İnsanlardan, bəlkə də, həyatın özündən daha qoca, daha çoxüzlü olan Bədheybət bu gün "Qaraçöhrə" simalıdır. O, Konora 3 fərqli gündə hekayələr danışacaq. Başlanğıcı sizə şablon görünəcək, ancaq sonu heç də təxmin etdiyiniz kimi olmayan 3 nağıl - 3 həyat dərsi. Həyatın özü qədər mürəkkəb, qeyri-adi dərslər. Dördüncü görüş isə Konorun növbəsidir. Dili açılmalıdır. Təbii ki, əgər hər şey üçün çox gec olmasa, əgər mübarizə aparmaq üçün bir ümid qalarsa...

Hər kəsə könüldən tövsiyə edə biləcəyim əsərdir.

2011-ci ildə çap olunmuş əsər əsasında 2016-cı ildə eyniadlı ekran işi ərsəyə gətirilir və beləcə hekayə yenidən diqqət mərkəzinə qayıdır.
Patrik Ness "Bədheybətin Səsi" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar