Azərbaycancaaz
Mir.az » Kitablar » Xalid Hüseyni "Dəniz Duası" PDF

Xalid Hüseyni "Dəniz Duası" PDF

Xalid Hüseyni "Dəniz Duası" PDF
  • Reytinq: 26
  • Şərhlər: 2
Populyarlıq 81% 81%


Diqqət Çəkənlər

Ay işığına bələnmiş dəniz sahilində səhərin açılmasını və qayığın gəlməsini gözləyən bir ata uyumaqda olan körpə oğlunu əzizləyir, nəvaziş göstərir. Ötüb keçən uzun yay günlərini, Suriyadakı baba ocağındakı evlərini ona xatırladır, həyətdə sübhün havasında titrəyən zeytun ağaclarının xışıltısını, keçi mələrtisini, mətbəxdən gələn qab-qacaq səslərini yada salır. Nigaran ata yatan oğluna Homs şəhərinin qarışıq, izdihamlı küçələrini, məscidini, bazarını xatırladır, sonra bomba səslərindən baş götürüb qaçdıqlarını nağıl edir. Gün doğandan sonra evlərindən didərgin düşmüş o insanlar götürə bildikləri pal-paltarları ilə yeni sığınacaq, təzə məskən axtarışında qorxunc dəniz səfərinə çıxacaq. Xalİd Hüseynİ dünyada ən çox oxunan və sevilən müəlliflərdəndir. Onun “Çərpələng uçuran”, “Min möhtəşəm günəş”, “Və dağlardan səda gəldi” kitabları bütün dünyada 55 milyon tirajla satılmışdır. O, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının sülhməramlı səfiri, Əfqanıstan əhalisinə humanitar yardım göstərən “Xalid Hüseyni” qeyri-kommersiya fondunun təsisçisidir. Əfqanıstanın Kabil şəhərində anadan olub, hazırda ABŞ-ın Şimali Kaliforniya ştatında yaşayır.
Xalid Hüseyni "Dəniz Duası" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 2

Şərh Yaz
  1. Qonaq Khadija
    Qonaq Khadija
    Qonaq
    Bu kitabi cok okumak isterimm
  2. Qonaq Jalə
    Qonaq Jalə
    Qonaq

    Bədii əsərlər

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar