Azərbaycancaaz
Mir.az » Kitablar » Anna Syuel "Qara Köhlən" PDF

Anna Syuel "Qara Köhlən" PDF

Anna Syuel "Qara Köhlən" PDF
  • Reytinq: 52
  • Şərhlər: 4
Populyarlıq 73% 73%


Diqqət Çəkənlər

İngiltərə, Norfolkda dünyaya gəlmiş Anna, ailəsinin dini düşüncələrinə uyğun olaraq, daha kiçik yaşlarından heyvanlara qarşı insanlarla bərabər səviyyədə sevgi və qayğı göstərməyi öyrənmişdi. 14 yaşında dizini sağalmaz formada zədələdiyir, ömürlük şikəst qalır. Dəstək olmadan yeriyə bilmirdi, üstəlik illər keçdikcə zədə daha da ağırlaşdı.

• Buna rəğmən Syuel, at sürməyi öyrənir, atasını hər gün at arabası ilə işə aparmağa başlayır. Üstəlik çox yaxşı sürücü idi, atları səslə idarə etməyi bacarır və heç vaxt qamçı istifadə etmirdi.

?Old Kattonda yaşadığı 70-ci illərdə səhhəti get-gedə pisləşdi. O qədər zəif, gücsüz bir hala gəlmişdi ki, gün ərzində demək olar, çarpayıdan qalxmırdı. Yazmaq isə bu çətin günlərinə qarşı bir mübarizəsi idi. Bir müddət anasına diktə edərək yazdırdığı fikirlərini növbəti vaxtlarda kiçik kağız parçalarına yazmağa başladı. Anası bu hissələri toplayıb mətn halına saldı.

• Kitab öz üslubunda - bir heyvanın dilindən, onun baxış bucağından - yazılmış ilk ingilis romanıdır. İllər ərzində heyvanlara, xüsusən atlara qarşı dərin bir sevgi bağı quran Anna, sahibkarların, işçilərin onlara necə qəddarca, düşüncəsizcə davrandığını görüb dəhşətə gəlirdi. Və əsərində məhz bunları - bir atın fərqli təbəqələrdə insanların arasında, başına gələ biləcək min cür taleyini yazmışdı.

?1877-ci ilin noyabrında əsəri bir nəşriyyata satdı. Kitab üçün 40 sterlin qonorar aldı və kitab həmin il ərzində çap edildi. Ancaq bu ilk və tək romanı nəşr edildikdən qısa müddət sonra Syuelin səhhəti təkrar pisləşdi. Tuberkuloz yaxud hepatit olması iddia edilən bir xəstəlik ucbatından 1878-ci il, 25 aprel tarixində vəfat etdi.

• Syuel heç vaxt görə bilməsə də, əsəri oxundu, çox sevildi. Qısa müddətdə bütün dünyada ən çox oxunulan əsərlərdən birinə çevrildi. Və hər nə qədər böyüklər üçün yazılmış olsa da, məşhur uşaq klassikalarından biri sayıldı. Ən əsası isə, Annanın kitabı yazmaqdakı əsas məqsədi reallaşdı : İnsanlar heyvanların da canlı olduğunun fərqinə vardı, atlara qarşı münasibətlər qismən də olsa, dəyişdi, dərinləşdi və atçılıqda istifadə olunan bir çox zərərli üsul zamanla yox oldu...

Xoş oxumalar ! ✨

Kitab haqqında şərh


Görəsən, biz insanlar , heyvanların gözündə, necə bir varlığıq? Ya da necə bir yırtıcıyığ? Biz nə qədər anlayırıq bunu? Ya da nə qədər hiss edirik? Deyəsən, ilk dəfə idi ki, bir heyvanın dilindən kitab oxuyurdum. (bəlkə də ilk deyil, amma oxuduğumu xatırlamıram) "Qara Köhlən" əsəri 1877-ci ildə ingilis yazıçısı Anna Syuel tərəfindən qələmə alınıb. Əsər bir heyvanın dilindəndir. Deyə bilmərəm ki, ilk dəfə idi, amma kitabı oxuyan zaman insanların heyvanlara qarşı törətdiyi vəhşilikləri, sanki özümdə hiss etdim. Sanki o qamçı ata yox, mənə deyirdi. Sanki o ağır yükü mən daşıyırdım, ya da sanki məni uzaq bir yerə soyuq da aparılırdım. Sanki at yarmarkasında satışa çıxırdım, sanki məni arzuolunmaz şəkilə salırdılar. Bilmirəm, bu əsər haqqında nə deyim, amma bu əsər mənim ruhumu qamçıladı. Ümumiyyətlə, insanların heyvanlara rəhmsiz davranışını nə beynim, nə də qəlbim qəbul edir. Fərqi yoxdur ki, o hansı heyvandır. Əsas odur ki, canlıdır. Hiss edir, duyur, canı ağrıyır. Bu kitabı isə bütün yırtıcı "insan"lara tövsiyə edirəm. Bəlkə o zaman başa düşərlər ki, heyvanda canlıdır. Ətdən və qandan ibarət bir canlı!!!

Kitabdan sitatlar


? Yadınızda saxlayın,biz hamımız əməllərimizə görə cavab verəcəyik. Bu əməllər istər insanlara qarşı olsun, istərsə də heyvanlara.
? Sevgisiz din yoxdur. Dini çox sevdiyini hərkəs deyə bilər. Amma əgər dindən insanlara və heyvanlara qarşı ədalətli, mehriban olmağı öyrənmirlərsə, hamısı saxtakarlıqdır. Saxtakarlıqdır.
? - Sən heç vaxt varlanmayacaqsan, - Larri dedi.
- Yəqin ki, yox, - Cerri cavab verdi, - amma inanmıram ki, buna görə özümü bədbəxt hiss edəm. İncili yüz dəfə oxumuşam, amma heç vaxt "varlı olmalısan" cümləsinə rast gəlməmişəm.
Anna Syuel "Qara Köhlən" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 4

Şərh Yaz
  1. Axmed Axmedov
    Axmed Axmedov
    Oxucu
    Oxumağa deyer
  2. gulnar elesgerova
    gulnar elesgerova
    Oxucu
    bu kitab bir atın dilindən yazılmışdır. Atın bir insandan digərinə satıldıqda da həyatında baş verən dəyişikliklər haqqında danışılır.Bu zaman çərçivəsində kimi pis,kimi də yaxşı insanlar ata baxır. Kimisi atı yüngül işlər üçün istifadə edir. Kimisi də atın dik durması üçün ona qayış bağlayıb ağır yük daşıdır. Bu zalim dünyada əgər insanlar dilsiz-ağızsız heyvana bunu edirlərsə Allah da onların cəzasını verəcək
  3. Qonaq miride
    Qonaq miride
    Qonaq
    çox gözəl bir kitabdır kitabı oxuyandan sonra heyvanlara olan rəftarım çox dəyişdi

  4. Qusar Lezginka
    Qusar Lezginka
    Oxucu

    Men bu kitabı 1 il bundan qabağ kitabxanadan alıb oxumuşdum heqiqetende çox marağlı kitabdır 

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar