Azərbaycancaaz
Mir.az » Kitablar » Adolfo Bio Kasares "Morelin ixtirası" PDF

Adolfo Bio Kasares "Morelin ixtirası" PDF

Adolfo Bio Kasares "Morelin ixtirası" PDF
  • Reytinq: 3
  • Şərhlər: 0
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – "Morelin ixtirası” işıq üzü gördü. Kitabın müəllifi Adolfo Bio Kasaresdir.

Hekayə və qısa romanlar ustası kimi şöhrət qazanmış Adolfo Bio Kasares (1914-1999) iti zəkası, qələminin satirik ruhu və özünəməxsus təxəyyülü sayəsində yaratdığı yüksək səviyyəli ədəbiyyat inciləri ilə oxucuların qəlbinə yol tapmışdır. "Morelin ixtirası” romanı (1940) ilə zəngin ədəbi irsinin əsasını qoyan yazıçı, həmçinin "Qaçış planı” (roman, 1945), "Qəhrəmanların xəyalı” (roman, 1954), "Donuz müharibəsinin gündəliyi” (roman, 1969), "Günəş altında yatmaq” (roman, 1973), "La Platada bir fotoqrafın macərası” (roman, 1985) əsərlərinin və bir çox hekayə toplusunun müəllifidir. Yaxın dostu, böyük Argentina yazıçısı Xorxe Luis Borxeslə ispandilli ədəbiyyatın məcrasını kökündən dəyişən ədəbi birlik yaratmış Kasares 1990-cı ildə Servantes Ədəbiyyat Mükafatına layiq görülüb.

Kitabı dilimizə Emin Ələsgərov tərcümə edib.
Adolfo Bio Kasares "Morelin ixtirası" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz