Azərbaycancaaz
Mir.az » Kitablar » Mark Levi "Bir-birimizə Demədiyimiz Sözlər" PDF

Mark Levi "Bir-birimizə Demədiyimiz Sözlər" PDF

Mark Levi "Bir-birimizə Demədiyimiz Sözlər" PDF
  • Reytinq: 18
  • Şərhlər: 5
Populyarlıq 94% 94%


Diqqət Çəkənlər

Culiya adlı bir qadın ailə həyatı qurmağa hazırlaşdığı bir vaxtda aralarının elədə yaxşı olmadığı atasının öldüyünü öyrənir. Onun vəfatı toy gününə təsadüf edir. Bir neçə gündən sonra Culiyanın evinə qutu göndərilir. Bu qutunun içində atasının mumla hazırlanmış robotu olduğundan xəbərsiz Culiya, qutunu açdıqda gördüklərindən şoka düşür.

Atası ölməmişdən əvvəl bir firma ilə əməkdaşlıq etmiş, öldükdən sonra onun həqiqi insandan heç fərqlənməyən robotunu hazırlamışlar. Hadisələr Culiya ilə atasının səyahəti ilə davam edir. Onların bir-birinə demədiyi çox sözləri var. Bu səyahətdə Culiyanı bir sürpriz daha gözləyir. Kim bilir bəlkə bu sürpriz onun həyatını başdan başa dəyişəcək? Bəlkə öz-özünə demədiyi çox sözləri var?

Bu roman Mark Levinin səkkizinci romanıdır. Amma mənim oxuduğum ilk romanıdı. Kitabın bəzi hissələri sıxıcı olsa da, sonradan maraqlı olmağa başlayır. Əslində biraz fantastik kitabdır deyəcəm amma, sonda sən demə fantastikadan əsər əlamət yox imiş. Kitabı oxumayanları nəzərə alaraq çox da məlumat vermək istəmirəm ? Oxunacaq kitablar siyahısındadır deyə bilərəm
Mark Levi "Bir-birimizə Demədiyimiz Sözlər" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 5

Şərh Yaz
  1. Qonaq Maral
    Qonaq Maral
    Qonaq
    Kitabi oxumaq menim ucun cox heyecanli olacag
    1. Loreyn
      Loreyn
      Kitabxanaçı
      Saytda qeydiyyatdan keçdikdən sonra kitabı yükləyə bilərsiniz.
  2. Sonay Musayeva
    Sonay Musayeva
    Şərhçi
    açıqcası çox marağlıdı ata və qız arasındakı münasibət və sonradan açılan sirlər hələ bitirməmişəm ama sujet xətti marağlı irəliləyir🙂

    1. Sonay Musayeva
      Sonay Musayeva
      Şərhçi
      Bu gün bitdi sonu çox əla idiiii 😍Atasının qızına olan sevgisi mənə kitabı baya sevdirdi 🙂
      1. Admin
        Admin
        Bilgin

        Yazarın sadəcə bir kitabını oxusam da maraqlı yazdığını deyə bilərəm.

        --------------------
        İnstagram

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar