Azərbaycancaaz
Mir.az » Kitablar » Kolin Makkalou "Tikanlıqda şərqi deyənlər" PDF

Kolin Makkalou "Tikanlıqda şərqi deyənlər" PDF

Kolin Makkalou "Tikanlıqda şərqi deyənlər" PDF
  • Reytinq: 6
  • Şərhlər: 0
Populyarlıq 33% 33%


Diqqət Çəkənlər

Bir quş haqda əfsanədə deyilir… Bütün ömrü boyu yalnız bir dəfə oxuyan quşun səsi Yer üzünün ən gözəl, ən təsirli ifası olur. Günlərin bir günü o öz yuvasını tərk edir və tikanlı kol axtarışına çıxaraq onu tapana qədər sakitləşmir. Kolların arasında şərqisini deyə-deyə sinəsini ən uzun, ən iti tikana batırır və ölüm şərqisini daha böyük əzabla ifa etməyə davam edir. Tikan ürəyini parça-parça etsə də, ağrısına qalib gələrək, ölüm ayağında torağay quşundan, bülbüldən belə, gözəl oxuyur. Yer üzünün yeganə şahanə nəğməsi ölüm bahasına başa gəlir. Amma həmin an bütün dünya nəfəsini saxlayaraq sükuta qərq olur və Tanrı da göylərdə gülümsəyir. Belə çıxır ki, ən gözəl şeylər yalnız böyük iztirablar bahasına başa gəlir… Hər halda, əfsanə belə söyləyir…

"Bir dəfə büdrəyən insana həyatın döngələri yaxşı məlum olur."

• Avstraliyalı yazıçı Makkalounun bu əsəri ona dünya şöhrəti gətirmiş, kitab onlarla dilə tərcümə olunaraq 33 milyondan çox nüsxədə satılmışdır.

📌Bir iş təklifi ilə Yeni Zellandiyadan Avstraliyaya köçən fermer ailəsi burada rahib Ralf de Brikasart ilə tanış olur. O gənc, bacarıqlı, iddialı keşişdir. Yepiskopu təhqir etdiyinə görə bu ucqar kənd kilsəsinə təyin etdirilib. Ralf varlı xanım Meri Karsonla dostluq edir, onun kilsəyə edəcəyi böyük məbləğdə ianənin öz reputasiyasını bərpa edəcəyinə ümid bəsləyir. Qadının ona bəslədiyi hissləri görməzdən gəlir.

📍Zaman keçdikcə ailənin kiçik qızı Meggie və Ralf arasında daha dərin, sentimental münasibət formalaşır. Mary isə keşişə gözlədiyi hədiyyəni verərək - onun dərəcəsini və nüfuzunu yüksəldərək Meggiedən uzaqlaşdırmaq niyətindədir. Marynin vəsiyyətnaməsi Ralfı hissləri və düşüncələri, arzuları və hədəfləri arasında kəskin seçim etməyə məcbur qoyur.

📌Onların yolları dəfələrlə toqquşacaq, təkrar əks istiqamətlərə doğru uzaqlaşacaq. Tale sevən qəlbləri incidir, ailələri parçalayır, hər kəsə ağrılı-əzablı günlər bəxş edir. Bu hekayə qeyri-mümkün münasibətin, nakam sevginin hekayəsidir. Sevinəcək, təəccüblənəcək, tez-tez qəzəblənəcək, obrazlarla birgə o çarəsizliyi, zəifliyi, kədəri hiss edəcəksiniz.

🎬 1983-cü ildə ABŞ-ın ABC telekanalında eyniadlı mini serial yayımlanır. 4 bölümlük bu layihə böyük uğur qazanır, izlənmə rekordları qırır v
Kolin Makkalou "Tikanlıqda şərqi deyənlər" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar