Azərbaycancaaz
Mir.az » Yazar » Yuval Noah Harari

Yuval Noah Harari

608
Yuval Noah Harari
Yuval Noy Harari (ivr. יובל נח הררי‎; d. 26 fevral 1976) – İsrail tarixçisi. Yerusəlim Yəhudi Universitetində tarix professoru kimi fəaliyyət göstərir. “Sapiens: Bəşəriyyətin qısa tarixi” (2014) və “Homo Deus: Sabahın qısa tarixi” (2015) əsərlərinə görə tanınır. Onun əsərləri iradə azadlığı, şüurlanma və intellekt kimi mövzulara toxunur. Yuvalın ilkin nəşrlərində adını qeyd etdiyi məqamlardan biri 70.000 il əvvəl baş vermiş “təfəkkür inqilabı”dır. Belə ki, bu inqilab sayəsində Homo sapiens rəqibləri neandertalları üstələmiş, idrak edilən dil formalaşdırmış, mürəkkəb cəmiyyətlər yaratmış, digər yırtıcı heyvanları keçmişdirlər. Alimin son kitabları daha çox öyrədici xarakter daşıyır. Harariyə görə Homo sapiens növü yaxın gələcəkdə yox olacaq və yerini daha inkişaf etmiş insan irqi alacaq. Yuval Noy Harari 26 fevral 1976-cı ildə İsrailin Kiryat-Ata şəhərində anadan olub. Hayfa şəhərində Şərqi Avropa yəhudisi mənşəli sekulyar ailədə böyüyüb.

Karyerası


Hararri 2013-cü ildə.
Yuval Harari əvvəlcə 1993-1998-ci illərdə oxuduğu Yerusəlim Yəhudi Universitetində orta əsrlər tarixi və hərb tarixi ixtisaları üzrə ixtisaslaşmışdır. O, fəlsəfə üzrə doktorantura dərəcəsini 2002-ci ildə Oksford İsa Kollecində tamamlamışdır. Daha sonra 2003-2005-ci illərdə Yad Hanadiv-in başçılığı ilə tarix təhsilini davam etdirmişdir.

Harari bir çox kitab və məqalə nəşr etdirmişdir: "Cəngavərlik dövründə xüsusi əməliyyatlar, 1100–1550"; "Ən yüksək təcrübə: Döyüş meydanı kəşfləri və müasir müharibə mədəniyyətini formalaşdırmaq, 1450–2000"; "Dünya tarixində həlledici döyüşlər konsepsiyası" və "Kreslolar, qəhvə və hakimiyyət: Göz şahidləri və ətdən şahidlər müharibə haqqında danışır, 1100–2000".O, hazırda dünya tarixi və makrotarix proseslər sahələrində ixtisaslaşır.

Ən məşhur əsəri "Sapiens: Bəşəriyyətin qısa tarixi" kitabı 2011-ci ildə ivrit dilində, 2014-cü ildə ingilis dilində nəşr olunmuşdur. Hazırda isə Azərbaycan dili də daxil olmaqla, 30-dan çox dilə tərcümə olunub. Kitab bəşəriyyətin çox geniş inkişaf tarixindən (Homo sapiensin Daş dövründəki təkamülündən XXI əsrdəki siyasi və texnoloji inqilablara qədər) bəhs edir. İvrit versiyası İsraildə bestseller olmuş, akademik cəmiyyətdə və ümumi ictimaiyyətdə böyük marağa səbəb olmuşdur. Hararinin ivrit dilindəki dünya tarixindən bəhs edən mühazirələrinin YouTube videoları on minlərlə israilli tərəfindən izlənib.

Harari həmçinin ingilis dilində "Bəşəriyyətin qısa tarixi" adlı onlayn kurslar verir. Dünyada 100 mindən çox şəxs bu kursa yazılıb.

Harari "Yaradıcılığına və orijinallığına" görə iki dəfə (2009 və 2012) Polonski mükafatını qazanmışdır. 2011-ci ildə hərb tarixi sahəsindəki görkəmli məqalələrinə görə Hərb Tarixi Cəmiyyətinin Monkado mükafatına layiq görülmüşdür. 2012-ci ildə Gənc İsrail Elmlər Akademiyasına seçilmişdir.

Hararinin növbəti kitabı "XXI əsr üçün 21 dərs" adlanacaq və müasir dünyadakı problemlərdən bəhs edəcək. 2018-ci ilin avqustunda nəşr olunması gözlənilir.

Şərhlər 1

Şərh Yaz
  1. Dinara
    Dinara
    Kitab qurdu
    Həqiqətən də bütün kitabları oxunub önəmsənəsi bir adamdır.

Şərh Yaz