Azərbaycancaaz
Mir.az » Kitablar » Yuval Noah Harari "Sapiens: Bəşəriyyətin qısa tarixi" PDF

Yuval Noah Harari "Sapiens: Bəşəriyyətin qısa tarixi" PDF

Yuval Noah Harari "Sapiens: Bəşəriyyətin qısa tarixi" PDF
  • Reytinq: 128
  • Şərhlər: 17
Populyarlıq 79% 79%


Diqqət Çəkənlər

Sapiens: Bəşəriyyətin qısa tarixi Yuval Noy Hararinin 2011-ci ildə nəşr olunan və 2014-cü ildə ingilis dilinə, 2015-də isə türkcəyə çevrilən kitabıdır. Harari kitabında Jared Diamondun Tüfəng, Mikrob və Polad kitabının onun üçün ən böyük ilham mənbəyi olduğunu bildirmiş və bunun səbəbini çətin suallara elmi cavab vermənin mümkün olması kimi göstərmişdir.

Məzmunu


Sapiens: Bəşəriyyətin qısa tarixi, daş dövründən iyirmi birinci əsrə qədər qədim insan növlərinin təkamülünə diqqət ayırır. Müəllifin əsas ideyası, Homo Sapiensin iş birliyi bacarığı ilə dünyaya hakim olmasıdır. Bundan əlavə, Harari yazılı tarixdən əvvəlki Sapienslərin Neandertallar və digər insan növlərinə qarşı soyqırım həyata keçirdiyini və onları yer üzündən sildiyini bildirməsi ilə yanaşı, həmçinin Neandertalların və Homo Sapienslərin hər zaman mübarizə aparmadıqlarını və hətta cütləşdiklərini də vurğulamışdır. Kitabda Homo Sapiensin özünəməxsus tanrılar, millətlər, pul və insan hüquqları kimi uydurma şeylərə inanma qabiliyyəti sayəsində kütləvi şəkildə hərəkət edə bilmək qabiliyyəti olduğunu iddia etmişdir. Yazıçı, dinlərin, siyasi sistemlərin, ticarət şəbəkələrinin və hüququn qondarma olduğunu iddia edir.

Pulun qarşılıqlı etimada əsaslanan bir sistem olması; kapitalizmin iqtisadi bir nəzəriyyədən çox dini bir fenomen olması; aqrar inqilabın rifah məqsədi ilə başlayıb və sonda insanların həyatını məhv etməsi; imperiya sisteminin son 2000 ilin ən yaxşı siyasi sistemi olması; pulun, imperatorluğun və dinlərin dünyanı birləşdirən qüvvələrə çevrilməsi iddiası; heyvanların əhliləşdirilməsinin tarixin ən böyük cinayətlərindən biri olduğu iddiası; bugünkü insanların qətiyyətlə keçmişdə yaşamış insanlardan daha xoşbəxt olmaması və insanların özlərini ilahiləşdirmə mərhələsinə keçirdikləri iddiası kitabdakı digər təəccüblü iddialar sırasındadır.

Mükafatları


30-dan çox dilə tərcümə olunmuş kitab 2015-ci ildə Çin Milli Kitabxanasının Wenjin Kitab Mükafatını qazanmışdır.
Yuval Noah Harari "Sapiens: Bəşəriyyətin qısa tarixi" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 17

Şərh Yaz
  1. Admin
    Admin
    Bilgin
    Həyata baxışınızı dəyişəcək gücdə bir kitabdır.
    --------------------
    İnstagram
  2. Raxman
    Raxman
    Qonaq
    Maraqli geldi, İnsallah oxuyub oz fikirlerimi bildirecem, tesekkur
  3. Afgan73
    Afgan73
    Oxucu
    Saytınızla bir neçə gündür, tanış olmuşam. Çox gözəl bir addımdır. Təqdirəlayiqdir. Alqışlayıram.
    --------------------
    Əfqan Nəsirli

  4. Tısbağa Tısbağa
    Tısbağa Tısbağa
    Oxucu
    Çox sağolun
  5. Ruslan Kazimov
    Ruslan Kazimov
    Oxucu
    Təşəkkür edirəm.
  6. Mister
    Mister
    Qonaq
    Kitab yükləməyə çalışıram, alınmır
    1. Xeyale Memmedova_3
      Xeyale Memmedova_3
      Oxucu

      Eynən

  7. Mister
    Mister
    Qonaq
    Kitabın adı cəlb etdi-sapiens
  8. Mister
    Mister
    Qonaq
    Yükləmə prosesi yorucudur
    1. Admin
      Admin
      Bilgin
      vip qrupa keçərək 60 saniyə gözləmədən yükləyə bilərsiniz.
      --------------------
      İnstagram

  9. Ayxan Sariyev
    Ayxan Sariyev
    Oxucu
    Təşəkkür edirəm
  10. Qonaq Ceyhun
    Qonaq Ceyhun
    Qonaq
    Kitab yüklənmir
    1. Nargiz Hoseyn
      Nargiz Hoseyn
      Redaktor
      Qeydiyaytdan keçmədiyinizə görə yükləyə bilmirisniz.
      Saytdan kitabları ancaq qeydiyaytlı üzvlər yükləyə bilir. Qeydiyyatdan keçin və sorna yükləyə biləcəksiniz.
  11. Musfiq Rzayev
    Musfiq Rzayev
    Oxucu
    Çox sağ olun
  12. Elcan Duygu
    Elcan Duygu
    Oxucu
    Qeydiyyatdan da keçirəm. Yükləyə bilmirəm

  13. Telman Qenberov
    Telman Qenberov
    Oxucu

    Mən tarixlə maraqlanan bir şagird olaraq deyə bilərəm ki, bu kitabda insanlığın ümumiləşmiş tarixi verilib. Hətta daş dövründən başlayır.

  14. Orxan346
    Orxan346
    Oxucu

    Ümumiyyətlə sizin fəaliyyətiniz təqdirə layiqdir amma kaş bu kitabı azərbaycan dilində oxumaq olardı

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar