Anna Syuel Kitabları yüklə
İngiltərə, Norfolkda dünyaya gəlmiş Anna, ailəsinin dini düşüncələrinə uyğun olaraq, daha kiçik yaşlarından heyvanlara qarşı insanlarla bərabər səviyyədə sevgi və qayğı göstərməyi öyrənmişdi. 14 yaşında dizini sağalmaz formada zədələdiyir, ömürlük şikəst qalır. Dəstək olmadan yeriyə bilmirdi, üstəlik illər keçdikcə zədə daha da ağırlaşdı.
Buna rəğmən Syuel, at sürməyi öyrənir, atasını hər gün at arabası ilə işə aparmağa başlayır. Üstəlik çox yaxşı sürücü idi, atları səslə idarə etməyi bacarır və heç vaxt qamçı istifadə etmirdi.
Old Kattonda yaşadığı 70-ci illərdə səhhəti get-gedə pisləşdi. O qədər zəif, gücsüz bir hala gəlmişdi ki, gün ərzində demək olar, çarpayıdan qalxmırdı. Yazmaq isə bu çətin günlərinə qarşı bir mübarizəsi idi. Bir müddət anasına diktə edərək yazdırdığı fikirlərini növbəti vaxtlarda kiçik kağız parçalarına yazmağa başladı. Anası bu hissələri toplayıb mətn halına saldı.
Kitab öz üslubunda - bir heyvanın dilindən, onun baxış bucağından - yazılmış ilk ingilis romanıdır. İllər ərzində heyvanlara, xüsusən atlara qarşı dərin bir sevgi bağı quran Anna, sahibkarların, işçilərin onlara necə qəddarca, düşüncəsizcə davrandığını görüb dəhşətə gəlirdi. Və əsərində məhz bunları - bir atın fərqli təbəqələrdə insanların arasında, başına gələ biləcək min cür taleyini yazmışdı.
1877-ci ilin noyabrında əsəri bir nəşriyyata satdı. Kitab üçün 40 sterlin qonorar aldı və kitab həmin il ərzində çap edildi. Ancaq bu ilk və tək romanı nəşr edildikdən qısa müddət sonra Syuelin səhhəti təkrar pisləşdi. Tuberkuloz yaxud hepatit olması iddia edilən bir xəstəlik ucbatından 1878-ci il, 25 aprel tarixində vəfat etdi.
Syuel heç vaxt görə bilməsə də, əsəri oxundu, çox sevildi. Qısa müddətdə bütün dünyada ən çox oxunulan əsərlərdən birinə çevrildi. Və hər nə qədər böyüklər üçün yazılmış olsa da, məşhur uşaq klassikalarından biri sayıldı. Ən əsası isə, Annanın kitabı yazmaqdakı əsas məqsədi reallaşdı : İnsanlar heyvanların da canlı olduğunun fərqinə vardı, atlara qarşı münasibətlər qismən də olsa, dəyişdi, dərinləşdi və atçılıqda istifadə olunan bir çox zərərli üsul zamanla yox oldu...

Şərhlər 0
Şərh Yaz