Azərbaycancaaz
Mir.az » Bilgi » Azərbaycan Dili » Sözün Leksik Və Qrammatik Mənası

Sözün Leksik Və Qrammatik Mənası

257
Sözün Leksik Və Qrammatik Mənası
Söz dilin əsas vahididir. Dildəki sözlərin hamısı birlikdə dilin lüğət tərkibini, yəni leksikasını təşkil edir. Dilin lüğət tərkibindən bəhs edən bölmə leksikologiya adlanır.
Sözün ifadə etdiyi məna onun leksik mənasıdır. Yəni həmin sözü deyərkən nəyi başa düşməyimizdir.
Sözün qrammatik mənası da olur. Qrammatik məna sözün hansı nitq hissəsinə aid olması və həmin nitq hissəsinə aid xüsusiyyətləri daşımasıdır.
«İzin» sözü: icazə almaq leksik mənası, isim və adlıq halda olması qrammatik mənasıdır.
Sözün leksik mənasını müxtəlif yollarla izah etmək olar:
1) Həmin sözə yaxın mənalı söz seçməklə: təməl-bünövrə
2) Əşyanın, hərəkətin əlamətlərini izah etməklə:
sarıköynək – sarı rəngli quş; şütümək – sürətlə ötüb keçmək
3) Sözün hissələrinin mənasını açmaqla: ovlaq – ov yeri

Şərhlər 2

Şərh edin
  1. Qonaq Aytən
    Qonaq Aytən
    Qonaq
    Çox yaxşı
  2. Qonaq Aytən
    Qonaq Aytən
    Qonaq
    Çox sağolun
    Çox yaxşı idi

Şərh Yaz