Azərbaycancaaz
Mir.az » Bilgi » Azərbaycan Dili » Arxaizmlər (köhnəlmiş sözlər)

Arxaizmlər (köhnəlmiş sözlər)

6 975
Arxaizmlər (köhnəlmiş sözlər)
Dilin lüğət tərkibində xalqın tarixi əks olunur. Sözlər elmdə, texnikada, mədəniyyətdə baş verən dəyişikliklərin, tarixi hadisələrin canlı şahidləridir. Zaman keçdikcə bəzi məfhumlar dəyişir, yox olur və belə məfhumları bildirən sözlər də köhnəlir, öz ümumişlək xüsusiyyətini itirir. Belə sözlər köhnəlmiş sözlər adlanır. Məsələn:

arı (təmiz), yey (yaxşı), seyvan (eyvan), iraq (uzaq), әr/ərən (igid), ayaq (qədəh), tanıq (şahid), sayru (xəstə), us (ağıl), əsən (sağ-salamat), damu (cəhənnəm), uçmaq (cənnət), duş (yuxu), altun (qızıl), güz (payız), ayıtmaq (demək), varmaq (getmək), yazı (çöl) və s.
Tarixi proseslə bağlı olan belə sözlərə isə tarixizmlər deyilir:
konka – şəhərlərdə dəmir yol üzərində vaqonu atla hərəkətə gətirən nəqliyyat vasitəsi;
çuxa – üstdən geyilən, beli büzməli kişi geyimi;
dinar – pul vahidi;
qorodovoy – keçmişdə aşağı rütbəli polis işçisi;
mədrəsə – dini məktəb;
dəyə – komacıq;
aynalı – patronu üstdən qoyulan təklülə tüfəng;
bəndərgah – düşmənin keçə bilməyəcəyi yol, keçid;
qənşər – qarşı tərəf;
qıçqı – sıxışdırma, sıxma-boğmaya salmaq;
dəbilqə – keçmişdə döyüşçülərin başlarına qoyduqları
dəmir papaq;
çarıq – göndən hazırlanan yüngül ayaqqabı;
güyüm – misdən hazırlanmış uzunboğazlı su qabı;
təhnə – iri ağac kötüyündən hazırlanmış böyük qab;
qalxan – qədim müharibələrdə zərbədən qorunmaqüçün əldə tutulan dairəvi və ya düzbucaqlı sipər;
xurcun – palaz kimi toxunan, yaxud parçadan tikilən ikigözlü heybə, torba.
Darğa (şəhər hakimi)
abbası (pul vahidi)
batman (çəki vahidi)
ağac (uzunluq ölçü vahidi)
koxa da buraya aiddir.

Arxaizm deyəndə bu gün işlənməyən sözlər nəzərdə tutulur. Söz özü dildən çıxmış, həmin sözlərin əvəzinə onların mənasını verən sözlər yaranmışdır. Yəni anlayış qalır, onu ifadə edən söz dəyişir. Arxaizmlər adətən aradan çıxan məişət əşyalarının adından ibarət olur. Məsələn: ayıtmaq (demək), əsən (sağ, salamat), uçmaq (cənnət), ayaq (qədəh), nəsnə (əşya), us (ağıl) və s
Arxaizmlər müasir dildə az işlənən və köhnə adət-ənənə, həyat tərzi ilə bağlı sözlərə deyilir. Məsələn traktorların tətbiqindən əvvəl əkinçilikdə işlənən xış, xırman, vəl kimisözlər müasir dil baxımından arxaizm sayıla bilər. Nəsr əsərində qədim dövrləri və o zamanların məişətini təsvir edəndə arxaizmlərdən istifadə etmək qaçılmaz olur.[2] Arxaizmlər adətən aradan çıxan məişət əşyalarının adından ibarət olur.

Tarixizm: Komendant, xış, dinar, baqqal, vəzir, komsomol, pioner, katta, darğa, qaraduvay, feodal, naçalnik, pristav, sovet, şahı, mac, çuka, kolxoz, konka, girkənkə, şahı, abbas, xurcun, toppuz, təhnə, güyüm,dəli, Naib

Şərhlər 4

Şərh edin
  1. Qonaq Validə
    Qonaq Validə
    Qonaq
    Çox gözəldir amma bəzi sözlər uşaqlara çox qəliz gəlir. Demirəm ki, çox pisdir. Yaxşıdı əladı superdi əslində ama qəliz gəlirdə yəni məsələn məhfum sözününn mənasını uşaq haradan bilsin.
    1. Admin
      Admin
      Bilgin

      Uşaq bunu bilmək üçün oxumalıdır. Ədəbiyyatda müəyyən dərdləri, əsərləri və .eirləri oxuduqca bu sözlərlə qarşılaşır və manasını öyrənir.

      --------------------
      İnstagram
  2. Ramila Gadirova
    Ramila Gadirova
    Qonaq

    Salam Necesiz omgat



  3. Milk
    Milk
    Oxucu

    Çox faydalıdır amma tam lüğət olsa əla olardı.

Şərh Yaz