Azərbaycancaaz
Mir.az » Bilgi » Azərbaycan Dili » Neologizmlər (yeni sözlər) - Neologizm sözlər

Neologizmlər (yeni sözlər) - Neologizm sözlər

494
Neologizmlər (yeni sözlər) -  Neologizm sözlər
İctimai həyatda baş verən bir sıra yeniliklərlə əlaqədar olaraq, elmə, texnikaya, mədəniyyətə, məişətə aid yeni əşyaları, hadisələri yeni sözlərlə ifadə etməyə ehtiyac yaranır. Belə sözlərə yeni sözlər və ya neologizmlər deyilir:
kosmodrom, sərinkeş, biznesmen, ekologiya, alışqan, telefilm, olay (hadisə), durum (vəziyyət), uçaq (təyyarə), çağdaş (müasir), açıqca (otkrıtka), nəfəslik (fortoçka), dabankeş (rajok).
Dilin lüğət tərkibinə daxil olan sözlərin bir qismi müəyyən müddətdən sonra ümumişlək sözlərə çevrilir:
sərinkeş, telefilm, yetərsay

Bəzi sözlər isə ümumişlək olmayan sözlər sırasında qalır:
rotoprint, elektron, nitron Bəzi sözlər köhnələrək dildən çıxır:
komsomol, pioner, kolxoz – bu sözlər XX əsrin 20-30-cu illərində neologizm, 40-80-ci illərində ümumişlək söz, 90-cı illərində isə tarixizm olmuşdur.

QEYD: Köhnəlmiş sözlər və neologizmlər dilin qeyri-fəal lüğət fonduna aiddir.

Şərhlər 0

Şərh edin
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz