Azərbaycancaaz
Mir.az » Bilgi » Azərbaycan Dili » Frazeoloji Birləşmələr

Frazeoloji Birləşmələr

184
Frazeoloji Birləşmələr
Nitqdə bütövlükdə müəyyən bir leksik mənanı ifadə edən sabit söz birləşmələrindən – frazeoloji birləşmələrdən də istifadə olunur. Frazeoloji birləşmələr:
1) sabit söz biləşmələridir;
2) hazır şəkildə olur;
3) bir cümlə üzvü olur, bir suala cavab verir;
4) məcazi məna daşıyır qorxmaq = ürəyi ağzına gəlmək inanmamaq = gözü su içməmək qaçmaq = dabanına tüpürmək yorulmaq = əldən düşmək
Frazeoloji birləşmələrin tərkibindəki ayrı-ayrı sözlər öz həqiqi mənalarını itirir.
Belə birləşmələrdən, əsasən, danışıq üslubunda, bədii üslubda istifadə olunur.
Frazeoloji birləşmələr omonimlik, sinonimlik, antonimlik yarada bilir:

Frazeoloji birləşmələrin sinonimliyi:
  • ağzına su almaq – ağzını qıfıllamaq
  • dil-dil ötmək – dilotu yemək
  • burnunun ucu göynəmək – ürəyi istəmək, ürəyi axmaq

Frazeoloji birləşmələrin omonimliyi:
  • can vermək – Yağış təbiətə can verir
  • can vermək – Yaralı quş can verir
  • üz vermək – Bizə xoşbəxtlik üz verir
  • üz vermək – Üz verirsən, astar istəyir.

Frazeoloji birləşmələrin antonimliyi:
  • xoşu gəlmək – acığı gəlmək
  • üz ağartmaq – üz qaraltmaq
  • dil-dil ötmək – ağzına su almaq


Frazeoloji birləşmələr lüğəti


Dilimiz frazeoloji birləşmələrlə zəngindir.Verilmiş frazeoloji birləşmələri ifadə etdiyi mənaları öyrənməyə çalışın:

könlünə yatmaq
qəlbinə dəymək
fikrə getmək
özündən çıxmaq
dərdə düşmək
hirsi başına vurmaq
yada salmaq
canına yatmaq
qanı qaralmaq
yerişinə haram qatmaq
gözü su içməmək
dil boğaza qoymamaq
gözü kəlləsinə çıxmaq
ağzına su alıb oturmaq
dilini saxlamaq
gözünün acısını almaq
mənəm – mənəm demək
ürəyi düşmək
gözünün odunu almaq
gözdən dümək
gözdən qaçmaq
söz vermək
könüldən keçmək
burnunun ucu göynəmək
yola düşmək
axırına çatmaq
yoldan çıxmaq
başına qaxmaq
başına vurmaq
baş vurmaq
söz götürmək

Şərhlər 0

Şərh edin
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz