Azərbaycancaaz
Mir.az » Bloq » Albert Camus Məşhur “Yad” Romanını Necə Yazdı?

Albert Camus Məşhur “Yad” Romanını Necə Yazdı?

296
Albert Camus Məşhur “Yad” Romanını Necə Yazdı?
Sarısıdıcı cümlələrlə başlayan romanlar arasında “Yad” romanı ilk sıralarda gəlir. Yad, elə bir romandır ki, ilk cümləsini oxuduğun an səndə əsas qəhrəmanın daxili dünyasına müthiş bir maraq oyanır.

Mənə hər zaman maraqlı idi ki, görəsən, Albert Camus bu romanı qələmə alanda hansı abu-havada olub, nə düşünüb? Albert Camus’nün Yad əsərini bitirdikdən sonra həyat yoldaşına yazdığı məktubu oxuyaraq artıq bu suallara cavab tapdım. Həmin məktubun tərcümə edib sizinlə paylaşıram.

“Gecə vaxtı yazıram sənə. Romanımı bir az olar bitirdim və yatmağı düşünə bilməyəcək qədər gərginəm. Şübhəsiz, hələ bitməyib işim. Yenidən əldən keçirməli, artırmalı, təkrar yazmalı şeyler var. Ancaq, əsas olaraq bitirdim və son cümləni yazdım. Əl yazmalarım önümdə durur; olduqça çox əmək və iradə sərf etdiyimi düşünürəm – romanı var etmək, əsas iqlimindən uzaqlaşmamaq üçün bir çox fərqli düşüncəni, fərqli arzunu qurban etməyə məcbur qaldım. Zaman-zaman bəzi cümlələr, bəzi duyğular və hadisələr şimşək kimi gəlib keçirdi ağlımdan. Tutduğum işə görə ürküdücü bir qürur içində idim. Ancaq, zaman-zaman da töküntülər və bacarıqsızlıqdan başqa bir şey görəmürdüm içində. Bu hekayənin içinə çox girdim. İndi bu kağızları siyirməyə qoyacam və yeni bir iş üzərində çalışmağa başlayacam. On beş gün içərisində bütün bu duyğulardan sıyrılıb təkrardan çalışaram bu roman üzərində. Daha sonra oxudacam. Bu mövzuda çox da gecikmək istəmirəm. Əslində iki ildir ki, içimdə daşıyıram bu romanı. Yazarkənki halımdan gördüyüm qədərilə də onsuz içimdə yazılıb bitmiş halda dururmuş. İki aydır gündüzlərimin və gecələrimin bir qismini üzərində çalışaraq keçirdim. Qəribədir, amma qəzet almaq üçün çölə çıxır, çıxarkən də bir cümləni yarıda buraxır və geri qayıtdığım zaman heç çətinlik çəkmədən, mükəmməl bir axıcılıq ilə davam edir və cümləni tamamlayırdım. Daha əvvəl heç bir şeyi belə kəsintisiz, belə bir asanlıqla yazmamışdım. Bu aralar yaxşı yata bilmirəm, hətta yuxusuzluq çəkirəm. Oyandığım zaman o dəqiqə ağlıma bunu kimi, pıçıldayırmışcasına yazacağım əsərlər gəlir. Artıq lahiyələrim ve komosla əlaqəli her şeyi çox daha açıq qavradığım üçün bunları yazıya tökmək istəyirəm.

Bu axşam tükənmiş haldayam. Bu aralar Paris’də işləməyin məni çox yorub-yormadığını soruşuram özümdən. Fəqət əslində bu roman da bir o qədər məsuliyyət daşıyır bu vəziyyətdən, çünki mənə asan kimi görünən, əslində isə məni tükəndirən kəsintisiz bir əzmlə işləməli oldum.

İşin ən gülməli tərəfi isə məmnun olub-olmadığımı belə bilmirəm. Yenə də, məni məndən qopara biləck tək şey bu idi. Deyəsən, etdiyim işə bütünlüklə gömülərək yaşamağıma şərait yaratdığı üçün digər hər şeyini əhv edə bilərəm Paris’in. Fəqət bu bir yana, işləməyin həzzi belə heç kimin yox edə bilməyəcəyi bir məna daşıyırdı və, bax, məni yoran da bu oldu. Bununla birlikde, bu mətnin oxucusunun da en az mənim qədər yorulacağını düşündükdə, içindəki daimi sıxıntının bir çox ruhun cəsarətini qırıb-qırmayacağını bilə bilmirəm. Fəqət məsələ bu deyil. Mən bu sıxıntını istədim və var etmək üçün özümü ortaya qoydum. Sıxıntının varlığından xəbərdaram. Sənin xoşuna gələcəkmi bilmirəm.


Bundan başqa dəyişən bir şey yoxdur. Yaz axşamları yapışqan və yağışlıdır burada. Romanımdakı bir cümlə gəlir ağlıma: “Orada, orada da axşam melankolik bir fasilə var idi.” Alger ya da Oran’dakı axşamları necə özləyir, dəniz sahilində olmağı necə axtarıram bir bilsən. Bir neçə həftəlik gedə bilmək və yaşıl səmaya qovuşa bilmək üçün bir yay və bir qış var hələ önümde. Bütün bunlar çox uzqdadır və oraya çata biləcəyimə belə inanmağı bacara bilmirəm. Bəlkə də elə bütün bunlara görə bu bitən şeyin ardınca sevinclə atılmadım yerimdən.
Çərşəmbə. Bu məktub iyrənc və oxunmayacaq haldadır. Yenə də göndərirəm sənə. Dünən doğru düzgün yaza bilməyəcək qədər gərgin idim.”

Albert Camus, 30 Nisan 1940

Qeyd: O, yaşadığı müddət boyunca özünü heç bir ideologiyaya aid etmir və deyirdi: “Həqiqətən əhəmiyyətli olan bir tək fəlsəfi problem vardır – intihar. Həyatın yaşamağa dəyib – dəymədiyi məsələsində bir qənaətə gəlməK, fəlsəfənin əsas sualına cavab verməkdir.”


Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz