Azərbaycancaaz
Mir.az » Bloq » Kitablarla bağlı çox maraqlı terminlər

Kitablarla bağlı çox maraqlı terminlər

462
Kitablarla bağlı çox maraqlı terminlər
Kitablarla bağlı çox maraqlı terminlər var. İnanırıq ki, bəzilərini oxuduqca deyəcəksiz ki, "Aha, bu elə mənəm". Və bu postdan sonra bəzilərini işlətmək istəyəcəyinizə əminik, xüsusilə də "Bibliobuli".?

1. Bibliobuli: Həddindən çox kitab oxuyan insana deyilir. Təbii ki, "həddindən artıq oxumaq" deyə bir şey varsa.

2. Tsundoku: Yaponca olan bu söz çoxlu kitab alıb onları oxumaq üçün zaman ayırmamaq situasiyasına deyilir. Bu sindroma sahib insanlar nə vaxt evdən çıxsa özlərini kitab yarmarkalarında və ya kitab mağazalarında tapırlar.

3. Biblioterapiya: Terapiyanın mütaliədən istifadə olunan xüsusi bir növüdür. Gün ərzində 6 dəqiqə kitab oxumaq stressi 68% azaldırmış.

4. Bibliosmia: Köhnə kitab qoxusunu sevmək deməkdir. Məncə o qoxunu sevməyən yoxdur.

5. Book-bosomed: Hər zaman yanında kitab daşıyan insanlara deyilir.

6. Abibliofobiya: Oxuyacaq kitabın qalmama qorxusudur. Yəqin ki, tsundoku sindromu olan insanların ən böyük bəhanəsi də elə budur.

7. Omnilegent: Çox kitab bazası olan və bir çox ədəbiyyat nümunəsi ilə də tanış olan birinə deyilir. Yəqin ki, belə insanla söhbət də maraqlı olar.


Şərhlər 1

Şərh Yaz
  1. Sahila Nuruzade
    Sahila Nuruzade
    Oxucu
    Bunlarin hamisi mende var ???

Şərh Yaz