Azərbaycancaaz
Mir.az » Dərslik » Əzizağa Nəcəfzadə "Səsimiz və sözümüz" PDF

Əzizağa Nəcəfzadə "Səsimiz və sözümüz" PDF

Əzizağa Nəcəfzadə "Səsimiz və sözümüz" PDF
  • Janr: Elmi
  • Baxılıb: 35
  • Yükləndi:
  • Yükləyən: Admin
  • Reytinq: 0
  • Şərhlər: 0
Populyarlıq 100% 100%


Əzizağa müəllim bu kiçik kitabını mənə rəyə verəndə çox sevindim. Biz hələ tələbəlikdən bir-birimizi tanıyırıq və dostuq edirik. Əzizağa müəllimlə eyni fakültədə, eyni kursda, eyni “patok”da oxumuşuq. Bu cavan oğlan fakültəmizdə oxuyan digər tələbələrdən özünün sakit təbiəti və olduqca məntiqli düşüncə tərzi ilə seçilirdi, o, ilk günlərdən digərlərindən fərqlənməyi, bütün müəllimlərin və tələbə yoldaşlarının diqqətini cəlb etməyi bacarmışdı. Zənnimcə, test üsulu ilə imtahanların ən mənfi cəhəti çox vaxt tələbələrin istəmədən bu və ya digər fakültəyə daxil olmasıdır. Bunun nəticəsidir ki, tələbələrin bəziləri ali təhsil haqqında diplomu alandan sonra çox vaxt bu sahədə işləmir və ya məcburiyyətdən işləyirlər. Bəziləri isə sonradan ikinci ali təhsilə üz tuturlar. Bizim buraxılışda da belələri az deyildi. Bəzi tələbə yoldaşlarımızdan fərqli olaraq, Əzizağa öz seçiminə məqsədli yanaşmışdı. Tələbəliyimizin ilk günündən hamı onun gələcəkdə tanınmış bir filoloq olacağına əmin idi. Bəli, məhz filoloq. Baxmayaraq ki, Əzizağa müəllim ədəbiyyatşünasdır, bununla belə, onun tədqiqatları təkcə ədəbiyyat sahəsi ilə bitmir. Hələ tələbəlik illərində ədəbiyyatla məşğul olacağı bəlli olsa da, o dilə də maraq göstərir, demək olar ki, bütün sahələrdə müvəffəqiyyət qazanmaq istəyirdi. Tez-tez məqalələrə, kitablara rəy yazmalı oluruq. Demək olar ki, bu artıq işimizin bir hissəsinə çevrilib. Əzizağa müəllimi digərlərindən fərqləndirən sadaladığım bu keyfiyyətlər mənim sevinməyimə əsas verdiyindən şablondan kənara çıxaraq kitabçadakı məqalələrdən danışmazdan öncə müəllif haqqında bəzi fikirlərimi söyləmək istədim. Məlum olduğu kimi, Azərbaycan ədəbiyyatı heç də həmişə Azərbaycan dilində yazılmamışdır. Məlum səbəblərdən ədəbiyyatımız bir müddət ərəb və fars dillərində yazılmış, ərəb-fars dillərində yazmaq ənənəsi bitsə də, qəzəl janrının uzun müddət ədəbiyyatımızda hökmranlıq etməsi, bu günümüzdə belə klassik janrlarda əsərlərin yaranması ədəbiyyatşünas alimin, xüsusən də, qədim və orta dövr ədəbiyyat tədqiqatçısının ərəb və fars dillərini bilməsi, eyni zamanda təsəvvüf ədəbiyyatını mənimsəməsi, sufi-panteist fəlsəfəsini dərk etməsi üçün isə Quran və dini mükəmməl bilməsi vacibdir. Bütün bu xüsusiyyətlərin isə bir şəxsdə cəmlənməsi çox nadir hallarda olur ki, Əzizağa müəllimdə bu xüsusiyyətlərin demək olar ki, hamısı cəmlənmişdir.

Əzizağa Nəcəfzadə "Səsimiz və sözümüz" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar