Azərbaycancaaz
Mir.az » Kitablar » Sabahattin Ali "Xəz Paltolu Madonna" PDF

Sabahattin Ali "Xəz Paltolu Madonna" PDF

Sabahattin Ali "Xəz Paltolu Madonna" PDF
  • Reytinq: 55
  • Şərhlər: 4
Populyarlıq 82% 82%


Diqqət Çəkənlər

Xəz Paltolu Madonna — Səbahəddin Əlinin 1943-ci ildə nümayiş etdirdiyi bir romanıdır. ?️Səbahəddin Əli, Xəz paltolu Madonna əsərini ikinci dəfə əsgərlik etdiyi Böyükdərədə çadırda yazmışdı və elə həmin gün əsəri qəzetə təqdim etməyə çalışmış, romanı yazdığı günlərdə atdan düşüb sağ qol biləyindən xəsarət aldıqdan sonra, qolunu şüşədə isidilən suya qoyub yazmağa davam etmişdir. ?️ Mövzu haqqında: Romanın baş qəhrəmanları Mariya Puder və Raif bəydir. Raif bəy özünə qapanmış, melanxolik, səssiz və xarici dünyaya uyğunlaşa bilməyən bir xarakterdir. Həyatı boyunca bir çox çətinliklərə boyun əymiş, haqsızlığa məruz qaldıqda belə buna qarşı çıxmamışdır. Sevmədiyi bir qadınla ailə həyatı qurmuş, bir ailəyə sahiblənmişdir. Öz həyatına özü istiqamət verə bilməmiş, başqalarının istədiyi bir insan olaraq həyatını davam etdirmişdir. Həyatında həqiqətən yaşadığını hiss etdiyi yalnız bir xatirəsi olmuşdur və bunu gündəliyinə qeyd etmişdir.
Sabahattin Ali "Xəz Paltolu Madonna" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 4

Şərh Yaz
  1. Bir möminə
    Bir möminə
    Şərhçi
    ?Lazım olduqda irəliyə atılmayan addım adamı geriyə aparar, məqsədə yaxınlaşdırmayan dəqiqələr, əksinə, adamı məqsəddən uzaqlaşdıra bilər.

    ?Neçə ildir, heç kəsə bir söz açıb deməmişəm. Halbuki danışıb dərdləşməyə nə qədər möhtacam! Hər şeyi ürəkdə boğub saxlamağa məcbur olmaq diri-diri qəbrə girmək deyilmi? Ah, Mariya, nə üçün səninlə birlikdə pəncərə qarşısında oturub söhbət etmirik? Nə üçün küləkli payız axşamlarında, dinməzcə yan-yana addımlayıb, ruhumuzun söhbətini dinləmirik? Nə üçün mənim yanımda deyilsən?...
    "Xəz paltolu Madonna"


    Tövsiyə edirəm. ?
  2. Sevgi Qəmbərova_2
    Sevgi Qəmbərova_2
    Oxucu

    Çox təriflədilər.Həqiqətən deyildiyi qədər var imiş.Tövsiyə edirəm.Oxuyun👍

  3. siyahim555
    siyahim555
    Kitabxanaçı
    Yeni oxuyub bitirdim. Uzun müddət idi marağımı çəkən bir əsər idi. Xeyli təriflərini eşitmişdim. 10 üzərindən qiymətləndirsəm 7 bal verə bilərəm. Açığı tərifləndiyi qədər də möhtəşəm bir roman deyil. Orta səviyyəti, adi bir məhəbbət hekayəsidir. 📚
    --------------------
    Didilmiş bir qayığa düşən ay işığı kimiyəm. V.Vulf

    1. Admin
      Admin
      Bilgin

      Yazarın "İçimizdəki Şeytan" adlı romanını oxuyandan sonra mən də sizin kimi düşündüm. Tərifləndiyi qədər möhtəşəm roman deyilmiş.

      --------------------
      İnstagram

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar