Azərbaycancaaz
Mir.az » Kitablar » Şahlar Həsənoğlu "Ala Buludlar" PDF

Şahlar Həsənoğlu "Ala Buludlar" PDF

Şahlar Həsənoğlu "Ala Buludlar" PDF
  • Reytinq: 4
  • Şərhlər: 0
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər

“Ala buludlar” romanının mövzusu ədəbiyyatımızda az işlənmiş elat-tərəkəmə həyatından götürülmüşdür. Ancaq qeyd etmək lazımdır ki, romanda təsvir olunan şahsevən, muğanlı, aşıqlı, kəbirli tayfaları təzə otlaqlar biçənəklər axtaran, harda gəldi çubuğunu sancıb orada gecələyən yurdsuz yuvasız adamlar yox, daimi yaylaq – yurd, aran –qışlaq məskənlərinə malik, dədə - baba ocaqlarını sönməyə qoymayan böyük bir xalqın övladlarıdır. Yazıçı “Ala buludlar”da oxucu diqqətini tariximizin məhz bu dövrünə çəkmiş, öz adətini məişətini, etnoqrafiyasını bu günə qədər qoruyub saxlamış ellərin həyat tərzinə, mənəvi – psixoloji dünyasına yönəltmişdir.

Ş.Həsənoğlu romanında “Yaşılbaş sona” “Müleyli”, “Apardı sellər Sarayı” “Çalpapaq” “Aman nənə” “Tərəkəmə və s xalq mahnı və oyun havalarından bacarıqla istifadə etmiş, daha doğrusu, romanda təsvir olunan qəhrəmanlar öz ovqatlarından, düşdükləri müxtəlif şəraitlərdən, əhvali-ruhiyyədən aslı olaraq bu sözlü nəğməli təranələri sanki, özləri yaratmışlar. Əsəri bu mahnılarsız təsəvvür etmək çətindir.

Romanda Saray və Xançoban xətti, onların ülvi, təmiz bakirə məhəbbəti ön plana çəkilmişdir. Saray və Xançoban bu gün xanəndələrimizin dilindən düşməyən “Apardı sellər sarayı” mahnısından “çağrılaraq” reallaşdırılmış ətə-qana doldurulmuş, canlı həzin və hardasa romantik boyalarla təsvir olunaraq yaşarı obrazlar səviyəsində işlənmişdir. Müəllif xalq məişətini, yaşayışını, elçilik, toy, doğumölüm mərasimlərini, milli oyunları döyüş səhnələrini əlvan təsvirlərlə oxucuya çatdıra bilmişdir. O, bütün bunları sadəcə öyrənməmiş, əksinə varlığina şüuruna hopduraraq qələmə almışdır.
“Ala buludlar” ın təhkiyəsində Azərbaycan dastanlarının poetikası, canlı xalq danışıq dilinin şəhd-şirəsi, rəngi, boyası, ritmi... duyulur. Müəllifin işlətdiyi, bu gün oxucu kütləsinə az tanış olan bəzi söz və ifadələr dil tarixi baxımından da maraq doğurur. Cümlə daxilində aydın başa düşüldüyünü nəzərə alaraq, belə sözlərə toxunmadıq.
Şahlar Həsənoğlu "Ala Buludlar" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar