Azərbaycancaaz
Mir.az » Kitablar » Miyamoto Musasi "Beş Çevrə Kitabı" PDF

Miyamoto Musasi "Beş Çevrə Kitabı" PDF

Miyamoto Musasi "Beş Çevrə Kitabı" PDF
  • Reytinq: 21
  • Şərhlər: 1
Populyarlıq 76% 76%


Diqqət Çəkənlər
Miyamoto Musashi (1584 - 1645) - Shinmen Takezo, Miyamoto Bennosuke və ya Buddist adı ilə Niten Dōraku kimi də tanınır. O məşhur Yapon qılınc ustası olmaqla yanaşı (61 dueldəki məğlubedilməzlik rekordu ilə məşhurdur), filosof, strateq, yazıçı və rōnin (Yaponiya, feodalizm dövründə əfəndisi olmayan samuray) idi.

• Musaşi, Yaponiyada "bir qılınc müqəddəsi olan" Kensei sayılır. O, "Niten Ichi-ryū / Nito Ichi-ryū" qılınc ustalığı üslubunun banisidir. Həyatının son dövrlərində Kyushu dağlarında tənhalığa çəkilir və həm qılınc oynatma sənətinin incəliklərindən bəhs etdiyi, həm də ümumiyyətlə fəlsəfi-etik düşüncələrindən danışdığı iki kitab - "Beş Çəmbər Kitabı" (orijinal adı : "Go Rin No Sho") və "Dokkōdō" ("Tənhalıq Yolu". Tərcümə edilməyib.) əsərlərini yazır.

"Go Rin No Sho", Musaşinin öz dojosunda (axıcı öyrənmə və meditasiya üçün yer) tələbələrinə təbliğ etdiyi təlimlərin bir toplusu sayıla bilər. Əsər beş bölümdən - "beş kitab"dan ibarətdir : "Torpaq kitabı" , "Su kitabı" , "Od kitabı" , "Külək (Hava) kitabı" , "Boşluq (Heçlik) kitabı". Miyamoto, bu başlıqlarda Buddizm, Şinto və digər Şərq dinlərinin fəlsəfələrinə yer verir. Onların təbliğ etdiyi "həyatda müxtəlif fiziki elementlər olması" fikrinə istinadən, döyüşün də müxtəlif elementlərinin olduğunu deyir və bu elementlərdən, onların fərdi mübarizəyə və duellərə təsirindən danışır.

• Musaşinin həyat yolu, bir çoxları - xüsusən də, onun fəlsəfəsinə büsbütün uzaq olan Qərb dünyası üçün - qəddarlıq kimi görünsə də, əqidəsində örnək götürülə biləcək məqamlar çoxdur. İdeallarından bəhs etdiyi "Beş Halqa Kitabı" əsəri heç də sadəcə fiziki döyüş strategiyalarından, samuraylıqdan ibarət deyil. Ümumiyyətlə strategiyanın məntiqindən danışan, həyat mübarizəsi üçün məsləhətlər verən kitab, müasir dövrümüzdə belə, bir çox insanın dəyərli məsləhətçisi və stolüstü kitabıdır.
Miyamoto Musasi "Beş Çevrə Kitabı" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 1

Şərh Yaz
  1. Xəzər Dadaşzadə
    Xəzər Dadaşzadə
    Qonaq
    Əlasuz.Sehifede paylasdiqiniz ucun Cox sagolun

Şərh Yaz