Bir zamanlar, bir ölkədə – ələk saman içində, cinlərin köhnə hamamda oyun oynadığı bir vaxtda – bir varmış, bir yoxmuş...
Şapkacının böyük bədbəxtliyindən, nəfsinə qarşı girdiyi mübarizəni uduzan Müəzzinə, ancaq gözlərini itirdikdən sonra səhvini görə bilən Koradama, bilge atasının mirası ilə həyata yenidən bağlanan Zərgərə qədər... Hatalar, peşmanlıqlar, kədər və əzablardan örülmüş nağıllar dərs çıxarmağı bilənə səadətin sirrini vəd edir, ana südü içmiş insanı öz səhvlərində bişməyə çağırır.
İşıqlı bir səması, parıltılı bir dənizi, bərəkətli torpaqları olan gözəlmi-gözəl bir ölkə varmış...
“Nağıl Nağıl İçində” daim aşkar olduğumuz Şərqə məxsus nağıl ənənəsinin bütün xarakterik elementlərini – qoxusunu, rəngini, dadını – Qərbin çoxqatlı quruluş anlayışı ilə bir araya gətirir və ortaya yerli ənənədən bəhrələnən, lakin universal standartlara da cavab verən bir roman çıxır. Ahmet Ümit ailə yadigarı olan nağıllarını böyük səxavətlə oxucularının ixtiyarına verir. Olduqca yaxşı bir nağıl danışanı olan anamın xəyal dünyasını əlavə edərək zənginləşdirdiyi nağılları böyük bir həzzlə yazıya köçürdüyümü qeyd etmədən keçə bilmərəm.
Şərhlər 0
Şərh Yaz