Azərbaycancaaz
Mir.az » Kitablar » İbrahim Həssas "Kölə olma" PDF

İbrahim Həssas "Kölə olma" PDF

İbrahim Həssas "Kölə olma" PDF
  • Reytinq: 16
  • Şərhlər: 3
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər

İbrahim Həssas yaradıcılığa lap erkən yaşlarından başlamış, hələ orta məktəbdə oxuyarkən şeirləri, məqalələri Şirvan şəhər "İşıq" qəzetində çap olunmuşdur. Sonradan tələbəlik illərində dövri mətbuatla sıx təmasda olub. İstər şeirləri, nəsr əsərləri, istərsə də məqalələri "Hürriyyət", "Yeni Müsavat", "Tələbə-Press", "Ədəbiyyat qəzeti", "525-ci qəzet", "Bakı Dövlət Universiteti" qəzetlərində nəşr olunmuşdur. 2002-ci ildə bir qisim şeirləri "Addımlar" almanaxının V sayında dərc olunmuş, 2008-ci ildə yaradıcılığının müəyyən qədərini təşkil edən "Sən dediyin günəş çıxıb" adlı şeirlər kitabı çapdan çıxmışdır. 2010-cu ildə "MUĞANın SƏSi" adlı almanaxda, 2012-ci ildə "Əbədi Şirvan" başlıqlı (Ədəbi-bədii, elmi-kütləvi, publisistik) rüblük jurnalda şeirləri işıq üzü görmüşdür. 2017-ci ildə müxtəlif mövzulu şeirlərdən, hekayə, novella, esselərdən, miniatür, etüd, hayqu, deyim və yozumlardan ibarət "Yasəmən rəngli kədər" adlı kitabı, 2019-cu ildə mövzusu rəngarəng şeirlərdən, klassik üslubda yazdığı əsərlərdən, nəsrdə yazdığı yazılardan ibarət "KÖLƏ OLMA!" adlı kitabı çapdan çıxmışdır. Tələbəlik illərindən "Vahid ədəbi məclisi"nin üzvüdür.
İbrahim Həssas "Kölə olma" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 3

Şərh Yaz
  1. Qonaq Səbuhi
    Qonaq Səbuhi
    Qonaq
    Ümid edirəm ki, seçdiyim kitab mənə faydalı olacaq.
  2. Sweetly M.
    Sweetly M.
    Oxucu

    inşAllah yüklənər

    1. - bibliophile -
      - bibliophile -
      İdarəçi

      Saniyəsində ;)


Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar