Azərbaycancaaz
Mir.az » Kitablar » Abbaslı Ramiz "Zülmət gecələr" PDF

Abbaslı Ramiz "Zülmət gecələr" PDF

Abbaslı Ramiz "Zülmət gecələr" PDF
  • Reytinq: 1
  • Şərhlər: 0
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər

“Zülmət gecələr” mənim XXI əsrdə işıq üzü görən ilk kitabımdır. Ötən əsrdə iki kitabım (“Yeddi kəndin məktəbi” və “İlğım”) çap olunubdu. Son beş-altı ildə, əsasən, dövrü mətbuatda çıxış eləməyə üstünlük vermişəm: qəzet və jurnal səhifələrində hekayələrim çap olunub. Mən həm də bədii tərcüməylə məşqulam: dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərini azərbaycan dilinə tərcümə eləyib, qəzet və jurnallarda çap etdirirəm. Çox təəssüflər olsun ki, tərcümə elədiyim əsərləri kitab şəklində çap etdirmək hələ ki mümkün deyil. “Zülmət gecələr” kitabına son illər yazdığım “Aqoniya” romanı, “Zülmət gecələr” povesti və müxtəlif illərdə yazdığım doqquz hekayə daxildir. Hekayələrin yeddisi almanax, jurnal və qəzetlərdə çap olunsa da, “Müsahibə” və “Sahildəki qadın” hekayələri ilk dəfə çap olunur. Dörd hekayə: “Bir termos çay”, “Özünəbəraət”, “Qırxyarpaq gülü” və “Axşambazarı” (ilkin variantda bunun adı “Uzaq yol” olub) qəzet variantından fərqli olaraq, mahiyyətə xələl gətirməyən dəyişikliyə məruz qalıb.
Yazıçı tək elə qəzet və jurnal səhifələrində çap olunmaqla kifayətlənə bilməz və nəhayət, budur, mən də öz yeni kitabımı yazıb çap elətdirdim. Vaxt tapıb oxumaq isə oxucunun işidir.
Əslində mən yeni kitabıma yazdığım ön sözümü bununla da bitirməliydim. Amma sonra məlum oldu ki, bir məsələyə də toхunmalıyam və bu da ondan ibarətdir ki, son on-on beş ildə kitaba olan oхucu marağı azalıb; sözün qısası, camaat kitab oхumur. Hətta, təhsilli adamların 4 böyük əksəriyyəti illərlə, bəziləri də onillərlə bədii ədəbiyyat oхumur.
Söz sənəti – bədii ədəbiyyat bəşər mədəniyyətinin bel sütunudur. Müqəddəs kitablarda deyildiyi kimi, əvvəlcə söz olub. Ədəbiyyat digər elmləri əvəz eləmir, amma ədəbiyyatın insan zəkasına verdiyini də digər elmlərin heç biri verə bilmir. Söz insan zəkasına qanad verir, onu pərvazlandırıb göylərə qaldırır. Bədii qiraəti boş və mənasız bir iş hesab eləyən хalqın mədəniyyəti günbəgün cılızlaşır. Mən oхuculara bədii kitab oхumaqdan estetik zövq almaq səadəti arzulayıram.
Abbaslı Ramiz "Zülmət gecələr" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar