Azərbaycancaaz
Mir.az » Kitablar » Abbas Aqil "Dolu" PDF

Abbas Aqil "Dolu" PDF

Abbas Aqil "Dolu" PDF
  • Reytinq: 5
  • Şərhlər: 10
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər

AQİL ABBAS - "DOLU" ROMANINDAN BİR PARÇA

..Komandir soyumuş çayını götürüb atdı yerə, yeni bir çay süzdü, bir qurtum içdi, sonra sözünə davam elədi:
- Get də! Get o həkimi tap, o binamusdan yaz. Yaz ki, biri canını verir, biri də canını verən oğulun anasından pul istəyir. Zakir Fəxrinin nişanlı qardaşı Kamili ermənilər Naxçivanikdə yandırmışdılar. Anası, qardaşları özünü öldürürdü. 18 yaşında bacısı çıxıb ağlayanlara bilirsən nə dedi?! Dedi ki, bunu Dünyanın Ən Varlı Şəhərinə toya göndərmişdiniz?! Toyda sərxoş olub, dalaşıb, bıçaqlayıb öldürüblər?! Yoxsa toydan çıxanda avariyaya düşüb ölüb?! Bunu millət yolunda ölməyə göndərmişdiniz, o da gedib, ölüb, day niyə özünüzü qırırsınız?! Yox, bunları yazmazsan. Bilirsən gedib nə yazacaqsan?! Oğullar qalacaq qıraqda, bayaq gördüklərini yazacaqsan. Yazacaqsan ki, cəbhəçilər quldurluq edir, vəzifəliləri soyur, bir-birini qırır, çünki sənin hökumətin bunu istəyir.
Jurnalist başını buladı:
- Komandir, mən hökumət jurnalisti deyiləm. Hökumət jurnalisti olsaydım, hökumətin yanına gedərdim, bura gəlməzdim.
- Götür çayını iç. İncimə, həqiqət budu. Oturmusunuz Bakıda, burdan xəbəriniz yoxdu. İnsanlar dəli kimidilər, hər sözdən havalanırlar. Qəzetdəki adi bir yalan adama erməni gülləsindən pis dəyir. Dünən o verilişdən sonra bütün şəhər bir-birinə dəymişdi. Mən olmasam uşaqlar gedib onu studiyanın qabağında sürüyəcəkdilər. Qaldı müsahibəyə...Bilirsən dostum, müharibədə üç cürə adam var. Döyüşənlər, tank belində şəkil çəkdirənlər, bir də müsahibə verənlər. Bu boyda rayonda iki tank var, birini camaat pul yığıb alıb, Qarağacı qəbirstanlığında ermənilərin qabağını kəsib. O birini də Mütəllibov göndərib özününkülərə, guya biz nemesik. Ağ evin qabağındadı, ordakıları qoruyur. Şəkil çəkdirənlər üçündü, istəyirsən get birini də sən çəkdir. Bizim batalyondakılar döyüşənlərdi, şəkil yerini də göstərdim. Müsahibə verənlər də Ağ Evdədilər, bilyard oynayırlar. Gecə düşən kimi qaçırlar Bərdəyə, hələ bir qrad səsi eşitməyib. Elələri var heç Bərdədən bu tərəfə keçmir, sürücüləri gəlib ezamiyyət vərəqlərini möhürləyib gedir.
- Bunlardan xəbərim var.
- Xəbərin var, get yaz də, niyə yazmırsan? Dostum, Nitşe deyir ki...
Nitşenin adını eşidən Jurnalist – heç özü Nitsşeni oxumamışdı, sadəcə adını eşitmişdi və bir də onu bilirdi ki, Hitlerin ən çox sevdiyi filosof olub – təəccübünü gizlədə bilmədi:
- Siz Nitşeni oxumusunuz? Axı mənə dedilər sizin ali təhsiliniz yoxdu.
- Ali məktəblərdə Nitşe keçirlər ki?! Bir də sənə kim deyib ki, mənim ali təhsilim yoxdu? Var. Özü də bilirsən müəllimim kim olub?! Bəy!
- Universitetdə oxumusuz?
- Hə! Altıncı kalonda, düz il yarım Bəy (Əbülfəz Elçibəy) mənə dərs deyib. Sonra biri Bəyin xətrinə dəydiyinə görə başını soxdum tualetə, qovdular, getdim diplomu Kalımada aldım. Nə deyirdim, hə. Qulaq as, Nitşe deyir ki, öləcəm, məni bu torpağa basdıracaqsız, sonra bu torpağı mənə görə daha çox sevəcəksiz. İndi biz nə qədər ölürük, sizlərə bu torpağı sevdirə bilmirik ki, bilmirik! Gərək bu millətin yarısı qırıla ki, bu torpağı sevəsiniz?! Hələ onu da Allah bilir sevəcəksiz, ya yox! Nə isə...Bağışla, dostum, həm başım ağrıyır, həm də işim çoxdu.
Komandir soyuduğundan bir az da tündləşmiş qapqara çayı bu dəfə yerə atmadı, götürüb su kimi çəkdi başına və qalxdı ayağa.
- İndi mənə müsahibə verməyəcəksiniz?
- Niyə verməyəcəm, verəcəm, dostum.
- Bəs nə vaxt?
- İnşallah, Xankəndində! – dedi Komandir və üzünü tutdu çayçıya: - O Şairi tapın, səhər buralarda sülənirdi. Qonağı təhvil verin ona...

Abbas Aqil "Dolu" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 10

Şərh Yaz
  1. İlahə_83
    İlahə_83
    Şərhçi
    Bu əsəri oxuduqca ürəyim qan ağladı...
    1. Admin
      Admin
      Bilgin

      Oxuyub bitirmisinizsə əsər haqqında detallı bir şərh yazmanız çox xoş olardı.

      --------------------
      İnstagram
  2. İlahə_83
    İlahə_83
    Şərhçi
    1-ci Qarabağ savaşı zamanı kəndi müdafiə edən könüllülərimizdən, o zamankı haqsızlıqlardan, Komandir kimi, Pələng kimi vətənpərvər, dostluğa, torpağa, millətə sadiq igidlərdən, Konandir kimi oğulların üzləşdiyi haqsızlıqlardan yazılıb. Bu roman əsasında eyniadlı film də çəkilib. Əsasən tv-lərdə soyqırım, matəm günlərimizdə efirə verilir.

    1. Admin
      Admin
      Bilgin

      Filmi izləmiş və bəyənmişdim. Gərək kitabı da oxuyurdum. Filmin bu kitab əsasında çəkildiyindən xəbərsiz idim.

      --------------------
      İnstagram
  3. İlahə_83
    İlahə_83
    Şərhçi
    Mən filmi izləmişdim, təsadüfən bu kitab rastıma çıxanda ad tanış gəldiyi üçün əsəri oxudum və filmi xatırladım. Həqiqətən oxumağa dəyər, əsərin sonu sözlə ifadə ediləcək deyil... deyərdim ki Komandir də Şəhiddi... Pələnglə dostunun Şəhidliyi isə inanın ki hirsimdən, qəhərdən boğulurdum... bu əsərin bir müsbət cəhəti də o zamankı çətinlikləri, reallıqları özündə əks etdirməsidi
    1. Admin
      Admin
      Bilgin

      Oxuyum gərək.
      Aqil Abbasdan başqa kiablar da əlavə etsəm yaxşı olar.
      Maraqlı yazarlarımız və kitabalrı var amma çoxusu arxivlərdə çürüyür.  🙄 

      --------------------
      İnstagram
      1. alper acaz
        alper acaz
        Şərhçi

        Bende bu kitabı okumak istiyorum ama Türkçesi arattım ve issuuda buldum ancak ben türkiyedeyim ve vpn ile giriliyor bu tip yerlere ve vpn kopuyor sürekli ordan alıp buraya eklerseniz sevinirim. Mümkünse.

        1. Admin
          Admin
          Bilgin

          Kitap türkçeye çevrilmemiştir. Kitabı sadece orjinal dilinde okuma şansınız var.

          --------------------
          İnstagram
  4. alper acaz
    alper acaz
    Şərhçi
    İlginiz için teşekkür ederim Lorraine 🙂
  5. İlahə_83
    İlahə_83
    Şərhçi
    Sözsüz, məmnuniyyətlə Aqil Abbasın başqa əsərlərini də oxumaq istəyirəm

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar