Azərbaycancaaz
Mir.az » Kitablar » İsmayıl Şıxlı "Seçilmiş Əsərləri (2 cild bir yerdə)" PDF

İsmayıl Şıxlı "Seçilmiş Əsərləri (2 cild bir yerdə)" PDF

İsmayıl Şıxlı "Seçilmiş Əsərləri (2 cild bir yerdə)" PDF
  • Reytinq: 2
  • Şərhlər: 3
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər
Xalq yazıçısı İsmayıl Şıxlının istedadlı bir nasir kimi oxucular və ədəbi ictimaiyyət tərəfindən təqdir olunması onun "Ayrılan yollar" (1956) romanı ilə bağlıdır. Azərbaycan kəndində 1941-45-ci illər müharibəsindən sonrakı dövr üçün xarakterik olan dəyişikliklər bu əsərdə öz maraqlı, bədü ifadəsini tapmışdır. Əsərdə dövrün ideoloji çərçivələrindən çıxmaq cəhdləri var.
"Ölən dünyam" isə yaradıcılığının son akkordu kimi yazıçının ömrünün qürub çağı qələmə aldığı əsərdir. Uzun illər ənənəvi nəsr təhkiyəsindən kənara çıxmayan, klassik roman janrının bütün qayda-qanunlarına riayət eləyən müəllif bu əsərdə çərçivələri vurub dağıdır.
Seçilmiş əsərlərinə adları çəkilən romanları ilə yanaşı, yazıçının "Dəli Kür" romanı, "Namus qaçağı", "Namərd gülləsi" və "Ölüləri qəbristanda basdırın" hekayələri də daxil edilmişdir.

Əsərlər


2 cilddən ibarət kitabda aşağıda adları qeyd olunan əsərlər yer alır. 2-ci cilddə sadəcə Dəli Kür romanı var. Digər romanlar və hekayələr 1-ci cilddədir.

Dəli Kür romanı


Görkəmli yazıçı İsmayıl Şıxlının oxucular arasında geniş şöhrət qazanmış "Dəli Kür" romanı XIX əsrdə tarixi qanunauyğunluqların Azərbaycan xalqının həyatına daxil olma prosesini, adamların yaşayışında, mənəviyyatında əmələ gətirdiyi köklü dəyişiklikləri realist inandırıcılıqla göstərən bir əsərdir. Xalqımızın milli oyanış dovrü Göytəpə kəndində baş verən mürəkkəb və ziddiyyətli hadisələr fonunda qələmə alınmışdır, Əsər qollu-budaqlı qəhrəmanlarına, ehtiramlar toqquşması və bədii boyaların zənginliyinə görə haqlı olaraq milli tarixi roman janrının kamil nümunələrindən sayılır.

Sovet dövrü Azərbaycan ədəbiyyatında həqiqi milli xarakterin, realist zadəgan-kübar (mülkədar) obrazının ilk dolğun, tutumlu örnəyi məhz "Dəli Kür" romanının qəhrəmanı Cahandar ağadır.

...İsmayıl Şıxlı zaman-zaman oxunacaq bir kitabdır - "Dəli Kür"dür.

Ayrılan yollar romanı


"Ayrılan yollar" romanınında gənc qəhrəmanların mənəvi aləmini açıb göstərməsi oxucular və tənqidçilər tərəfindən qiymətləndirilib. Əsərdə pambıqçı Zeynəblə traktorçu Əlinin, aqronom İmranla kənd müəllimi Nərgizin qarşılıqlı məhəbbəti təbii təsvirlər vasitəsilə verilib.

"Ayrılan yollar" əsəri 50-ci illərin bir çox roman və povestləri kimi kolxoz kəndinə, məhsuldarlıq uğrunda mübarizə məsələlərinə həsr olunub.

Ölən Dünyam romanı


İsmayıl Şıxlı bu ta­rixi romanını ölümündən beş ay qabaq tamamlaya bil­ib. Halbuki o bu romanı yazmaq qərarına hələ çox əv­vəllər gəl­ib, təəssüf ki, ideyasını sovet ger­çəkliyində ob­yek­tiv səbəblər ucbatından reallaşdıra bil­­məyib. Müəllifin ilk variantda “Qanlı təpə” adıyla qələmə almaq istədiyi bu əsər 20-ci illərin mürək­kəb və ziddiyyətli həyatını əhatə etməli idi. Lakin mövcud olan qadağalar, arxiv sənədlərinin gizlin saxlanılması, o illərdə baş verən əsl həqiqət və zid­diyyətlərin meydana çıxarılıb açıq söylənilmə­si­nə qoyul­muş yasaqlar nəticəsində tarixi dövrü olduğu kimi

Namus qaçağı - Hekayə


O dayandı. Nəfəsini dərib şaxtadan qıpqırmızı olmuş əllərini hovxurdu. Ağzından, burnundan çıxan isti nəfəs dağ çəni kimi ətrafa yayıldı. Dönüb aşağı, dərədəki kəndə baxdı. Yastı-yapalaq evlər qarın altında qalmışdı. Bacalardan qalxan şəffaf maviyə çalan tüstülər havada laylanmışdı. Hər yer ağ örtüyə bürünmüşdü. Yol-iz çoxdan itmişdi. Dağlara bu il yaman qar düşmüşdü.

Namərd gülləsi - Hekayə


Niftalı koxa atın örüşünü dəyişəndə bir istədi yəhəri-yüyəni də alsın, əvvəllərdə olduğu kimi, arxın suyu ilə belinin tərini yusun, amma fikrini dəyişdi. Atı elə yəhərli-yüyənli örüklədi, həm də örüyü bir az da yaxına, arxın alt tərəfinə çəkdi. Bilirdi:hava isti idi, at qan-tər içindəydi, amma əlacı yox idi. O, əvvəllər atını hara gəldi örüklər, örüşünü də tez dəyişərdi, qoymazdı ki,

Ölüləri qəbristanda basdırın - Hekayə


Şəhərin mərkəzindəki bağ Rəşidin ürəyinə hər yerdən çox yatırdı. Dörd yolun kəsişdiyi və bütün küçələrin birləşdiyi bu bağda həmişə qış-yay adam olurdu. İsti günlərdə ağacların kölgəsində sərinləməyə bura gəlir, soyuq havada evdə darıxan yaşlılar özlərinə həmsöhbət tapmaq üçün yenə buraya çayxanaya toplaşırdılar.
İsmayıl Şıxlı "Seçilmiş Əsərləri (2 cild bir yerdə)" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 3

Şərh Yaz
  1. Leyla Abbas
    Leyla Abbas
    Qonaq
    Cəbhə gündəliklərini axtarırdım,yəqin ki bu kitabda olar.
    1. Hasan Hasanzade
      Hasan Hasanzade
      Oxucu

      Salam, xeyr bu kitabda yoxdur. O eser latin qrafikali olaraq nesr edilmeyib, mence. Mende onun sovet capi var

  2. Əliyev Emin
    Əliyev Emin
    Oxucu
    Kirilcə yazılan kitabın 1 cildindədi cəbhə gündəlikləri

Şərh Yaz