Azərbaycancaaz
Mir.az » Kitablar » Karl Qustav Yunq "Kəşf Olunmamış Mənlik" PDF

Karl Qustav Yunq "Kəşf Olunmamış Mənlik" PDF

Karl Qustav Yunq "Kəşf Olunmamış Mənlik" PDF
  • Reytinq: 21
  • Şərhlər: 1
Populyarlıq 76% 76%


Diqqət Çəkənlər

Karl Qustav Yunq (1875 - 1961) - isveçrəli psixiatr, dərin (Ziqmund Freyd və Alfred Adler ilə birlikdə) və analitik psixologiyanın banisi . Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyət siyahısına daxil edilmişdir.

• "Memories, Dreams, Reflections" , "The Red Book" , "Modern Man in Search of a Soul" kimi əsərləri ilə tanınan alim - yazıçının bir digər mühüm əsəri də, ömrünün sonlarına doğru (1958) yazıb yayımladığı "Gegenwart und Zukunft" - "Kəşf Olunmamış Mənlik" kitabıdır.

Mistik təcrübələri ilə tanınan, bu baxımdan birmənalı qarşılanmayan Yunq bir çox sələfi və xələfinin əksinə, mübahisəli mürəkkəb suallara "cavablar" vermir, sadəcə öz yanaşmalarını ortaya qoyur. Bu baxımdan onun əsərləri hər düşüncə və əqidədə insanın rahatlıqla oxuyacağı, hansısa ortaq fikrə gələ biləcəyi kitablardır.

• "Kəşf Olunmamış Mənlik" dili, strukturu ilə Yunqu oxumağa başlamaq üçün ideal kitab sayıla bilər. Sadəcə nəzərə alın ki, təqdim etdiyimiz kitab, psixologiya elminə büsbütün uzaq olan oxucular üçün nisbətən mürəkkəb olacaq.

"Praktik olaraq yanaşsaq, şüur olmadan heç bir dünya da mövcud olmazdı, çünki dünya bizim üçün yalnız onun dərk edilməsinin psixikamızda əks olunduğu dərəcədə mövcuddur. Şüur mövcudluğun ilk şərtidir."
Karl Qustav Yunq "Kəşf Olunmamış Mənlik" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 1

Şərh Yaz
  1. Sənan Rüstəmov
    Sənan Rüstəmov
    Oxucu

    Yükləmək olmur 

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar