Azərbaycancaaz
Mir.az » Kitablar » Stanislaw Lem "Aden" PDF

Stanislaw Lem "Aden" PDF

Stanislaw Lem "Aden" PDF
  • Reytinq: 11
  • Şərhlər: 1
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər

Başqa bir günəşin dördüncü planeti... Altı nəfərdən ibarət ekipaj qəzaya uğrayan kosmik gəmidən xilas ola bildikdə və çətinliklə gəmidən çıxandan sonra başqa bir dünyada olduqlarını bildilər. Lakin Aden planeti "başqa dünya" deyildi, baxmayaraq ki, onun atmosferi nəfəs almaq üçün əlverişli idi. Onları nə kosmosdan gələnlərə sitayiş edən vəhşilər, nə də ulduzlararası ünsiyyətə can atan bir sivilizasiyanın nümayəndələri qarşıladılar...

Nəhəng nəfəs alan ağaclar, bitki örtüyünə bənzər binalar, təbii labirintlər, nəhəng güzgülər, “eksklüziv” varlıqlar, keçidlər və anlaya bilmədikləri bir çox şeyləri qorxu ilə izlədikləri sivilizasiya əlaqə saxlamağa, onunla ünsiyyət qurmağa çalışdılar. Ünsiyyət qurmaq asan deyildi. Tədqiq etdikləri hər yerdə ölümün müxtəlif üzləri ilə qarşılaşdılar: kütləvi məzarlıqlar, su ilə dolu çuxurlarda gizlənən cəsədlər, skeletlər...

Ekipaj bu planeti öz dünyalı düşüncələri ilə anlamağa çalışarkın və bu fərqli sivilizasiya ilə ünsiyyət qurmağa çəhd edərkən heyrətamiz təcrübə və zorakılıqla üzləşməli olacaq...

Dünyanın ən mühüm elmi-fantastik ədəbiyyat müəlliflərindən biri olan Stanislaw Lem-in texnologiya və ünsiyyət haqqında fəlsəfi suallarla dolu fantastik romanıdır.

Qısa təsviri


Aden həkim, mühəndis, fizik, kimyagər, robot mütəxəssisi və bir də kapitan olmaqla 6 nəfərlik heyətin bir qəza nəticəsində bilinməyen bir planetə düşməsini və burada başlarına gələn gözlənilməz hadisələrdən bəhs edir.

6 nəfərlik ekipajı ilə qəzaya uğrayan kosmik gəmi planetə tək parça olaraq enir, amma gəminin 80 faizlik hissəsi torpağa batmış haldadır. Həyatda qalmaq üçün çalışan ekipaj üzvləri bir tunel qazaraq torpağın üstünə çıxmağa çalışır. Kapitanın öncədən sahib olduğu kiçik məlumatlara əsasən bu planetdə isanın normal nəfəs ala biləcəyi, dünyadakına yaxın bir atmosfer olduğunu öyrənən ekipaj oksigen maskaları olmadan gəmi qapsını açır. Tunel qazma üçün lazım ola biləcək bütün avadanlıqları gəminin daha aşağı qatlarında qaldığından və oraya çata bilmədiklərindən tunel qazmaq işinə yazarın da dediyi kimi qədim yollarla, əlləri və dəmir parçaları ilə edirlər. Gəmi heyetinin torpağın üstünə çıxması ilə vəziyyət də daha maraqlı olmağa başlayır.

İndi alim heyətinin qarşısında iki əsas vəzifə durur. 1 gəmini təmir edib, uçuşa hazır vəziyyətə gətirmək, 2 planet haqqında məlumat toplamaq, varsa yaşayan ağıllı canlılarla əlaqə qurmaq. İlk olaraq bir ekspedisiya təşkil edirlər və onları dəhşətə gətirən bitkilər və tərk edildiyinə inandıqları bir zavod kəşf edirlər, amma zavodun hansı enerji ilə, necə işləməsini təyin edə bilmirlər.

Daha sonrakı ekspedisiyalarda gördükləri onları həm təəccübləndirir həm də dəhşətə gətirir. Xarabaya çevrilmiş yerlər, toplu məzarlar, ölü bədənlər və anlaşılmaz davranışlar göstərən canlılar. Bütün bunlarla baş yorarkən bir yandan da gəminin təmiri ilə məşğul olan alimlər kiçik bir hücuma məruz alır amma tek nəfərlik düşməni mehf edirlər. Daha sonra planet sakinlərinin onlara qarşı etinasızlığı onları daha da qorxudur və fərqli teoriyalar qurmağa başlayırlar. Bir gün partlayış səsləri eşidilir və hücuma uğradıqlarını düşünürlər amma heç bir partlayış onlara 200 metrdən daha yaxına gəlmir və bu onların təəccüblünü daha da artırır. Daha sonra məlum olur ki, bu onların düşündüyündən fərqli bir hücummuş, düşmən onları yox etmek yerine etraflarına aşılmaz biri sədd çəkərək onları çevreden izolyasiya etmək niyətindətmiş.

Əllərindəki atomik silahlarla ətraflarını çevrələyən divarda bir dəlik açaraq əvvəl heç getmedikleri istiqamətində araşdırma üçün gedirlər ve daha çox şey görürlər, həm də hücuma məruz qalırlar amma sağ-salamat gəmiyə qayıtmağı bacarırlar.

Artıq gəmi uçuşa hazırdır, amma alimlər gedib-getməmək haqqında qəti qərara gələ bilmirlər, elə bu əsnada gözlənilməz bir qonaqlarının olduğunu görürlər. Bu, planetin alimlərindən biridir və gizlincə onların yanına, bilgi alış-verişi üçün gəlib. Hərarətli keçən bir müddətdən sonra asmalar planetdə olanları anlamağa başlayırlar və getmək haqqında qərar verilər.

Aden görünən şeylərin əslində tam da gördüyümüz kimi olmadığını və hər şeyi öz təcrübələrimizə əsasən dəyərləndirməyin yalnış olduğunu göstərən biraz fantastik və də macəra dolu bir kitabdır. Həyatınız kökündən dəyişməsə belə dünyaya baxışınıza təsir edib, sizi alternativlərin varlığı haqqında düşünməyə sövq edəcək bir kitabdır bu.
Stanislaw Lem "Aden" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 1

Şərh Yaz
  1. Admin
    Admin
    Bilgin
    oxuyacağım kitablar siyahına əlavə etdim. ?
    --------------------
    İnstagram

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar