Azərbaycancaaz
Mir.az » Kitablar » Carl Sagan "Kosmos" PDF

Carl Sagan "Kosmos" PDF

Carl Sagan "Kosmos" PDF
  • Reytinq: 62
  • Şərhlər: 7
Populyarlıq 77% 77%


Diqqət Çəkənlər
Məşhur amerikan astrofiziki Carl Saganın kitabı Kainatın təkamülü, qalaktikaların formalaşması, həyat və şüurun meydana gəlməsindən bəhs edir. Müəllif qədim müdriklərin fikirlərindən, Kepler, Newton və Einstein-nın kəşflərindən, müasir kosmik missiyalara qədər Kainatın dərkinə aparan yolda oxucuya bələdçilik edir.
Elmin bütün cəmiyyətlərdə yayılması, astronomiya, astrobiologiya və astrofizika kimi mövzularda ümumi bir dünyagörüşün formalaşması məqsədilə yazılmış bu kitab eyni zamanda kosmos və astronomiyaya dair biliklərdən bəhs edərkən, bəşəriyyətin tarix boyunca Kainat haqqındakı qavrayışlarına da yer verir. Müəllif kitabda klassik Yunan düşüncəsindən bu günə qədər insanın Kainata dair yanlış və doğru fikirləri üzərində elmi müzakirə açaraq, kosmosun gələcəyi haqqında öz fərziyyələrini də irəli sürür. Kitab sadəcə elmi cəhətdən deyil, fəlsəfi olaraq da Kainat ilə İnsanın əlaqəsini araşdırır.
Yerdənkənar sivilizasiyaların varlığına inanan Sagan, Drake tənliyi kimi formulların və Qiyamət fərziyyəsinin Kainatda başqa varlıqlar olduğunu riyazi olaraq təsdiq etdiyini, ancaq bəşər övladının buna dair aşkar dəlillər əldə etməsinin bir az uzun sürəcəyini deyir. Sagan Kainatda tənha olmadığımızı düşünərək, kosmik dünyaların varlığına dair öz fərziyyələrini irəli sürür.
Elmi və tarixi məlumatlarla zəngin olan, maraqlı bir dildə yazılmış bu kitab sizi Yerdəki gündəlik qayğılardan ayırıb, sirlərlə dolu Kainata aparır.
Carl Sagan "Kosmos" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 7

Şərh Yaz
  1. Qonaq Fuad
    Qonaq Fuad
    Qonaq
    Bu saytı kitab oxumaq üçün qeydiyyatdan keçirəm
    1. ali lukoyl
      ali lukoyl
      Qonaq
      bu nə cümlədi
  2. Qonaq Sveta
    Qonaq Sveta
    Qonaq
    Salam

  3. Qonaq Şükür
    Qonaq Şükür
    Qonaq
    Olduqca yaxşı əsərdi
  4. Rowexsaa
    Rowexsaa
    Qonaq

    Azərbaycan dilində gəlsin.


  5. Behruzehmedov
    Behruzehmedov
    Qonaq

    Kitab oxumaq ve yuklemek

  6. Behruz Ehmedov
    Behruz Ehmedov
    Qonaq

    Bunu yuklemeye komey edimde

Şərh Yaz