Azərbaycancaaz
Mir.az » Kitablar » Sally Runi "Dünya gözəli, haradasan?" PDF

Sally Runi "Dünya gözəli, haradasan?" PDF

Sally Runi "Dünya gözəli, haradasan?" PDF
  • Reytinq: 19
  • Şərhlər: 0
Populyarlıq 53% 53%


Diqqət Çəkənlər

Sally Rooneyin qələmi ilə tanış olanlar artıq onun özünəməxsus üslubuna bələddirlər : Hadisələrdən, nəticələrdən çox obrazlara, onların hiss və düşüncələrinə, insani problemlərinə fokuslanan hekayələr. Yazdığı - hələ ki - sonuncu kitabı olan "Beautiful World, Where Are You" əvvəlki iki kitabı ilə bu baxımdan eyni olmaqla yanaşı, bir çox oxucular üçün hətta qələmini çox daha yaxşılaşdırdığı, hekayələrini dərinləşdirdiyi əsəridir.

Əsər Alice və Eileen adlı, fərqli şəhərlərdə, fərqli həyatlar yaşayan 30-lu yaşlarında iki insanın epoçt məktubları və xatirələri əsasında qurulub. Alice əvvəllər çox məşhur və uğurlu bir yazıçı ikən, son zamanlarda keçirdiyi ağır depressiyaya görə bir müddət psixiatriya klinikasında müalicə edilib. Bütün həvəslərinin, istəklərinin söndüyünə inanan qadın artıq roman yaza bilmir. Eileen isə olduqca uğursuz, yaralayan bir münasibətdən çıxıb, redaktor kimi istədiyi uğuru qazana bilmir, maddi çətinliklərlə boğuşur.

Hər ikisi özlərini dəyərsiz hiss edir, həyatlarının bundan belə mənasız, qaranlıq keçəcəyini düşünürlər. Həmçinin, iki qadın arasındakı ünsiyyətsizlik problemi - xüsusən də, birinin daha soyuq, məsafəli olmasına görə - bir-birlərinə də məlhəm ola bilməmələrinə səbəb olur.

Hər insan kimi onların da həyatda çox problemləri, çətinlikləri olub, olmağa davam edəcək. Birbirlərinə hisslərini tökdükləri gecələr boyunca həm öz həyatlarını, həm də ümumiyyətlə həyatın, yaşamın anlamını, məqsədlərini sorğulayacaqlar. Və siz də onları oxuduqca öz həyatınızı, seçimlərinizi sorğulayacaq, onlarla empatiya quracaq, mütləq bir bağ yaradacaqsınız.
Sally Runi "Dünya gözəli, haradasan?" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar