Azərbaycancaaz
Mir.az » Kitablar » Audur Ava Olafsdottir "Səssizlik Oteli" PDF

Audur Ava Olafsdottir "Səssizlik Oteli" PDF

Audur Ava Olafsdottir "Səssizlik Oteli" PDF
  • Reytinq: 6
  • Şərhlər: 0
Populyarlıq 50% 50%


Diqqət Çəkənlər

Jonas Ebeneser ətrafındakı hər şeyi düzəltməyi, təmir etməyi sevən və bu işdə olduqca bacarıqlı da olan 40 yaşlarında bir adamdır. O bu vaxta qədər həyatın bir çox xoş və bəd üzünü görmüş, kifayət qədər təcrübə qazanmış, yəni həyatını heç də boşa yaşamadığını deyə biləcəyimiz insanlardandır.

Ancaq yaxın günlərdə həyat yoldaşı ilə boşanır və dərin bir bağ qurduğu sevimli qızının əslində doğma övladı olmadığını öyrənir. Üstəlik, həyatındakı üçüncü qadının - anasının demans xəstəliyinin artıq çox ağırlaşdığı gerçəyi ilə üzləşməlidir. Bütün bu olaylar üst-üstə gələndə Jonas ekzistensial krizə girir, həyatı onun üçün anlamsızlaşır.

İntihar edəcək. Ancaq heç də diqqət çəkən, qəzetlərə düşəcək bir intihar olmayacaq bu. Xüsusən də, qızının cəsədini tapıb pis olmaması üçün başqa, heç bilmədiyi bir ölkəyə səyahət edəcək. Daxili müharibələr, iqtisadi böhranlar ilə çökmüş, məhv olmuş, köhnə gözəlliklərindən geriyə heç nə qalmayan adsız bir ölkəyə.

O ölkə ki, kağız üstündə atəşkəs imzalanıb, savaşı bitib artıq. Ancaq yaralar belə tez sağalarmı ? Dörd bir yan dağıntı, çirkab, ölüm doludur. Belə bir ölkəyə tətil üçün gəldiyini iddia edən insana inanmaq olarmı ? Onu havalimanından aparan taksi şoferindən "Səssizlik Oteli"nin sabiblərinə qədər hər kəs təmkinli, sakitdir, onu anlamağa çalışırlar.

Jonasın isə bir həftə tətili - hazırlıq müddəti və ardından intihar planı var. Bu müddət ərzində gördükləri, eşitdikləri onun hisslərinə, düşüncələrinə dərin izlər qoyacaq.

İkinci şanslara inanırsınız ? Həyatını bitirmiş birisinin yenidən doğmaq, sıfırdan başlamaq şansı varmı ? Bəs məhv olmuş bir xalqın, bir ölkənin dirçəlmək ümidi necə ? İslandiyalı yazıçı və şair Olafsdottirin "Səssizlik Oteli" yaralara və ikinci şanslara bir az yumoristik, bir az melanxolik bir pəncərə açacaq.
Audur Ava Olafsdottir "Səssizlik Oteli" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar