Azərbaycancaaz
Mir.az » Kitablar » Səbuhi Qasımov "Fədailər" PDF

Səbuhi Qasımov "Fədailər" PDF

Səbuhi Qasımov "Fədailər" PDF
  • Reytinq: 10
  • Şərhlər: 1
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər

Roman 1-ci Qarabağ döyüşlərində vətənimizin azadlığı uğrunda könüllü şəkildə canından, qanından, bütün sevdiklərindən vaz keçərək şir kimi alovlu müharibənin ortasına atılan Fədainin timsalında şücaətli, qeyrətli bütün fədakar vətən fadailərindən bəhs edir.

Kafka deyirdi ki - əgər oxuduğumuz kitab bizi başımıza vurulan zərbə kimi sarsıtmırsa o zaman o kitabı neyçün oxumalıq?

Bu roman sözün əsl mənasında belə romanlardandır. Axıcı sujet xəttində ömrünü vətənə fəda etmiş Fədainin həyat hekayəsi fəlsəfi, dini, psixoloji, ədəbi çalarlarla möhtəşəm şəkildə təsvir olunmuşdur.

Fədai Zərdab rayonunun könüllülərindəndir. O, 90-ci illərin əvvəllərində Qarabağın erməni şərəfsizlərinin işğalına məruz qalması ilə barışa bilməyən həmkəndliləri ilə birgə körpə uşaqlarını, həyat yoldaşı Damla xanımı, ata-anasını teleyin ümidi ilə baş-başa qoyaraq müharibəyə yollanır. Onlar kəşfiyyatçı olurlar. Müharibə başlayandan onlarla bərabər döyüşlərə qatılan Tünzalə də ön cəbhədə onlara bacı kimi nəvaziş göstərir, onların qayğısına qalır, yaraların sarıyır, yeməklərini bişirir, qulluqlarında durur. Onlar bir gün əldə etdikləri kəşfiyyat məlumatına əsasən mühüm plan hazırlayırlar. Erməni vandallarının əllərinə keçmiş azərbaycanlı əsirləri azad etmək üçün əməliyyat qururlar. Gecənin bir aləmində Tünzalə ilə sağollaşıb əməliyyata gedirlər. Hər şey qaydasında ikən, hər detal dəqiqliklə hesablanmışkən onlar erməni kəşfiyyatının əhatəsinə düşürlər.

Lakin onların əfsanəvi komandiri Aruzun möhtəşəm ustalığı ilə mühasirədən çıxaraq erməni düşərgəsinə daxil olurlar. Oradan əsirlərimizi azad edərək maşınlara mindirib aradan çıxarırlar. Özləri ise oradakı məktəb binasına sığınaraq ermənilərin qarşısını kəsirlər. Əsirlərin sərhədə sağ-salamat çatması üçün ermənilərin qarşısını kəsərək öz canlarını satırlar. Gərgin döyüşdə Aruz başda olmaqla Fədainin bütün silah yoldaşları şəhidlik zirvəsinə ucalırlar. Fadai isə ağır yaralanir. Gözünü açdıqda o ermənilərin əhatəsindədi. Bacı dedikləri, bütün sirlərini onunla bölüşdükləri Tünzalə isə ermənilərin komandiri Karenin arvadı kimi Fədainin qarşısındadır. Sən demə Tünzalə erməniymiş, erməni keşfiyyatının aramıza soxduğu ilanlardan imiş.

Aradan 25 il keçib. Fədai uzun illər sonra Rusiyadan vətənə qayıdıb. Toğrul adlı bir taksi sürücüsü ile Zərdaba gəlir. Mehmanxanada bir neçə gün qalırlar. Bu günlər ərzində Fədai uşaqlığının, gəncliyinin keçdiyi Zərdabı gəzib dolaşır. Kürün sahilində onun xəfif sərinliyini ciyərlərinə dartır.

Fadai əsirlikdə 2 il ən ağır işğəncələrə məruz qalır. Tünzalə onun bədənində isti dəmir parçaları ilə damğalar qoyur. Lakin o heç bir vəchlə ermənilərə işləməyi qəbul emir. Oradakı Çingiz adlı özündən əvvəl əsir düşmüş soydaşımızla qaçış üçün hər işgəncəyə dözərək lazım olan vaxtı gözləyirlər. Gözlənən vaxt yetişir onlar erməni hərbçilərinin yeyib-içib sərxoş olmalarından istifadə edərək onlara hücum edib, onları məhv edərək aradan çıxırlar.

Ermənilərin onları hər tərəfdə axtarmalarına görə heç cürə Azərbaycana keçə bilmirlər. Ona görə də sərhəddi Gürcüstan tərəfdən yararaq Gürcüstana keçirlər. Orada onlar gələcəkdə Rusiyaya keçmək müqabilində adlarını bilmədikləri bir gürcü iş adamının işlərini bir müddət görmək şərti ilə ağır işlərdə işləmək məcburiyyətində qalırlar. Sonda onları gürcü iş adamı Kaxa qəbul edir. Onlara Gürcüstan vətandaşlığı pasportu ve kifayet qeder çoxlu pul vəsaiti verir. Kaxa bunu Azərbaycanda bir vaxtlar həbsdə olarkən ona böyük yaxşılıqlar edən, türmə rəisi olmuş Kamissar Katani ləqəbli polkovnik Nahid Xəlilovun xətrinə edir.

Fadai Çingizlə Moskvaya yollanir. Onlar Karenlə Tünzaləni her yerde axtarırlar. Artıq müharibə bitib Karenlə Tünzalə Rusiyada böyük biznes şəbəkələri qurublar. Uzun axtarışlardan sonra onlar Tomskda Kareni öz evində elə keçirirlər, onun evindəki Sara adlı azərbaycanlı xanımı əsirlikdən azad edərək xilas edirlər. Karenin əl-ayağını bağlayırlar. Sara Karenin damarlarını kəsərək onu Cəhənnəmə vasil edir.

Müəllifin əsərdə maraqlı fikirləri var. Məsələn - ilk təasürat son təasüratdır. Həqiqətən də belədir. Bəzən həyatda bir kəslə qarşılaşırsan, o sənə heçnə etməyib amma ondan neqativ enerji aldığından bir ömur buyu ondan xoşun gəlmir.

Müəəlif əsərdə həmçinin tarixi məqamlara da toxunaraq oradan sitatlar gətirib. O qeyd edir ki, yunan əfsanəsinə görə İran şahı Daranın qarşısında duruş gətirən 300 spartalı və onların başçısı Leosid ölümündən öncə xalqından cəmi bir şey istəmişdi – sadəcə bizi xatırlayın.

Fədai Toğrul kişiylə birlikdə Şəmşir adıyla özünü jurnalist kimi təqdim edərək 25 il sonra öz evinə gelir. Fedai artıq tanınmaz haldadır, həyat yoldaşı Damla xanım nənədir. Fadai körpə uşaq ikən qoyub döyüşə getdiyi oğlu Səlahəddin artıq ailə qurub. Fədainin atasının adı verildiyi Rəsul adlı nəvəsi də var. Fədai keçmiş Qarabağ döyüşçüləri barədə məqalə yazan jurnalist adı ilə həyat yoldaşı Damla və oğlu Səlahəddinlə möhtəşəm duyğulu anlar yaşayır lakin öz kimliyini onlara demir.

Həyatı gözəl edən bəzən ağıla gəlməyən şeylərin olmasıdır – müəllifdən

O, Damla ilə həyat barədə fəlsəfi söhbətlər edir. Onlar cavanlıqda da tez-tez belə müzakirələr edirdiler. Damla ona belə bir sual verir - Həyat o qədər mürəkkəb, qəliz, anlaşılması çətin, hətta dərk olunmaz, insanların gözündə daima inkişaf edən, dəyişən, əslində isə gerçək həqiqəti özündə gizlədərək süqutuna, məhvinə doğru sürətlə irəliləyən bəlkə də elə bu üzdən də insan şüuru üçün əlçatmaz olaraq qalan bir formul, sxem yaradılışdır ki, qiyamətə kimi düşünən beyinlər onun haqqında heç nə anlamayacaqlar. Təbii ki, mən belə düşünürəm Şəmşir bəy. Bəs siz necə düşünürsüz, Şəmşir bəy? Sizcə həyat nədir?

Onlar Çingizlə Karendən sonra Tünzaləni gece-gündüz hər yerdə axtarırlar. Tünzalə təqib olunduğunu bilir. Ona göre də tez-tez Rusiyada bu şəhərdən o şəhərə yer dəyişdirir. Bir gün Fədaini Tomskda onlara daima kömək olmuş azərbaycanlı, hörmətli iş adamı Davud qonaq çağırır və şad xəbəri onlara deyir. Tünzalə yaşadığı evdə intihar edib və bunu yerli televiziya kanallarında özü izləyir. Bu xəbər onları bir tərəfdən sevindirsə də, bir tərəfdən kədərləndirir. Çünki onu tapıb, qisaslarını özləri almaq istəyirlərdilər. O Fədainin bədənində və ruhunda ağır işgəncə izləri qoymuşdu, Çingizin isə Karenə dilini kəsdirib onu ömrü boyu danışmaqdan məhrum etmişdi.

Artıq ayrılıq vaxtıdır. Fadai uzun illər sonra qovuşmuşkən yenidən ayrılaraq doğma yurdu Zərdabdan, torpağından, xanımı Damladan, ailəsindən ayrılaraq Toğrul ilə Bakıya qayıdır. Toğrul kişi onu aeroportda Moskvaya yola salarkən ondan kimliyini deməsini xahiş edir. Fadai ise bildirir ki, kimliyini yazacağı məqalədə bildirəcək və xahiş edir ki, o məqalənin bir nüsxəsini də Zərdabda qonaq olduqları evə Damlaya ve Səlahəddinə versin.

Məqalə çap olunur Toğrul artıq Fadainin kimlini bilir. Bir Azərbaycan övladının vətəni uğrunda necə məşəqqətlər çəkdiyini, ruhunun necə iztirablara tuş gəlməsini anlayır. Fədai artıq istədiyinə çata bilmişdi o həqiqətləri məqalə vasitəsilə çatdırmışdı. Lakin ürəyi daha bu ağır yüklərə dözmür, Moskvada infarkt keçirərək vəfat edir. T

Toğrul kişi bu məqalələr əsasında roman yazılması və gələcək nəsillərə çatması üçün çalışır. Oxuduğunuz bu roman ziyalı, ruhu ilahi ətirli rənglə boyanmış əziz qardaşım istedadlı yazar Səbuhi Qasımovun ruhunun axıtdığı hikmətli mürəkkəblə ərsəyə gələn Fədailər romanıdır. Roman Toğrul vasitəsilə onun xanımı Damlaya və oğlu Salahəddinə çatır. Onlar evlərindəki jurnalist Şəmşirin əslində Fədai olduğunu anlayırlar. Uzun illər həsrətini çəkdikləri Fədani tapmışkən yenidən itirirlər. Əsər olduqca kədərli, insanı qəhərləndirən, sözlə ifadə olunması mümkün olmayan duyğularla sona yetir.

Lakin oxucu bir daha anlayır ki, Azərbaycan xalqı ona görə böyük xalqdı ki, onun hər zaman vətən yolunda bütün varlığından keçə biləcək olan Fədainin timsalında milyonlarla fədailəri vardır. Və bu xalq dünya durduqca alnı-açıq üzü ağ yaşamağa layiq bir xalqdır.
Səbuhi Qasımov "Fədailər" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 1

Şərh Yaz
  1. Rehimova Medine
    Rehimova Medine
    Şərhçi

    Bir sözlə möhtəşəm...həqiqətən 1-ci Qarabağ Şəhidləri və döyüşçüləri çox keşməkeşlərdən, çox əzablardan keçiblər, çox çətin dönəm olub, vahid ordu sistemi olmayıb, müasir silahların olmaması, ölkə olaraq təklənməyimiz, satqınlıq, kürəyimizdən saplanan xain "bıçaqlar"...sadəcə söz tapa bilmirəm...

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar