Azərbaycancaaz
Mir.az » Kitablar » Mary Shelley "Son İnsan" PDF

Mary Shelley "Son İnsan" PDF

Mary Shelley "Son İnsan" PDF
  • Reytinq: 13
  • Şərhlər: 0
Populyarlıq 77% 77%


Diqqət Çəkənlər

Qotik ədəbiyyatın görkəmli nümayəndəsi, yaratdığı Frenkenşteyn obrazı ilə bütün dünyada tanınan Mary Shelleydən bir başqa əhəmiyyətli roman. Bilinən ilk apokaliptik (qiyamət) təməlli əsər.

?Bəli, daha miladdan öncəki dönəmlərdə qədim insanlar planetin və toplumun gələcəyi, qiyamət günü barədə fərziyyələr irəli sürmüş, miflər yaratmış, bütün bunları "Qılqamış" dastanı kimi əsərlərdə toplamışdılar. Ancaq tanınan ilk müasir "qiyamət romanı" 19-cu əsrdə (1826) Meri tərəfindən yaradılmışdır. Xüsusən ikinci dünya müharibəsi və nüvə gücünün tətbiqi ehtimallarından sonra isə janra duyulan maraq həm oxucu, həm yazıçı qismində nəzərəçarpacaq qədər yüksəlmişdir.

?Bir pandemiya Yer kürəsindəki bütün insanları məhv edib. Sadəcə o sağdır - "Son insan". Bu, son insanın 2070-ci illərdə başlayıb 2100-cü illərə qədər davam edən həyat yolunun, özünə bir yoldaş axtarması və yaşamın anlamını sorğulması haqqında hekayədir. Elə bir hekayə ki, yazıçı mühüm siyasi, bəşəri məsələləri romantik üslubla, emosional bir dillə ifadə etmiş, demək istədiklərini təsvir bolluğuna rəğmən oxucu ilə söhbət edərcəsinə, yormayan bir şəkildə anlatmışdır.

?Qeyd edək ki, əsərdəki bütün əsas obrazlar qismən və ya tamamilə real insanların - Shelleyin həyatındakı insanların prototipidir. "Son İnsan" - Lionel Verney yazıçının həyat yoldaşını təmsil edir. Yazılanlara görə, qayınatası Meriyə əri, ingilis siyasətçi və hüquqşünas Timothy Shelley barədə bioqrafiya yayımlamağa icazə vermir. Ədib də sanki bu yolla içində coşan kəlmələri yazıya tökə bilir. Adrian'ın Percy Bysshe Shelley'dən, Lord Raymondun Lord Byron'dan ilham aldığı da şübhəsizdir. Shelley "son insan"ı "öz alter eqosu" , "ikinci mənliyi" kimi təsvir edir, onu "yoldaşlarının ondan daha əvvəl ölməsi ilə dəyərli bir qrupdan geriyə qalmış tək yadigar" kimi qəbul edir.

• Yunan və Roma mifologiyasından, Şekspir, Con Kits kimi şairlərdən bolca sitatlara rast gələcəyimiz əsər, klassikaların dilini və apokaliptik romanları sevən oxucular üçün yeni, fərqli, güman ki, kifayət qədər də maraqlı bir mütaliə təcrübəsi olacaq.

?Qeyd : Əsərin təbii ki, ekran adaptasiyaları da mövcuddur. Uğurlu bir versiya ilə qarşılaşmadığım üçün paylaşmadım, ancaq maraqlıları axtarış edib müvafiq ekran işlərini də dəyərləndirə bilər.

Xoş oxumalar ! ✨
Mary Shelley "Son İnsan" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar