Azərbaycancaaz
Mir.az » Kitablar » Qədim Yunan Fəlsəfəsi Antologiyası PDF

Qədim Yunan Fəlsəfəsi Antologiyası PDF

Qədim Yunan Fəlsəfəsi Antologiyası PDF
  • Reytinq: 9
  • Şərhlər: 0
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər

Antik fəlsəfə - eramızdan əvvəl VII əsrin sonundan başlayaraq qədim yunan quldarlıq cəmiyyətində və eramızdan əvvəl II əsrdən başlayaraq qədim roma quldarlıq cəmiyyətində, eramızın VI əsrinin əvvəllərinədək inkişaf etmiş fəlsəfi təlimlər məcmuu-bəşəriyyətin fəlsəfi şüurunun inkişafında vahid və özünəməxsus hadisədir. Antik fəlsəfə, qədim şərq mədəniyyətinin onun çox mühüm tərkib hissəsi olan elmi-astronomik, riyazi, fiziki biliklərin həmin dövrün sosial, iqtisadi və mənəvi təcrübəsinə uyğun anlayışların əsasında, həmçinin dünya və insan haqqında fəlsəfi fikrin mifoloji təsəvvürlərdən uzaqlaşması nəticəsində təşəkkül tapmışdır. Artıq eramızdan əvvəl VI əsrdə "milet məktəbi" adı ilə tanınan filosofların - Falesin, Anaksimandrın, Anaksimenin fikirlərində, təbiət hadisələrinin bütün müxtəlifliyini izah edə bilən ilkin əsasın, yaxud ilk başlanğıcın təyin edilməsi cəhdlərinə rast gəlirik. Fales - suyu, Anaksimen - havanı, Heraklit - odu, eleya məktəbinə mənsub olan Ksenofan və Parmenid isə torpağı belə ilk başlanğıc hesab etmişlər. Təkcə Anaksimandr qədimdə dağılmaz ünsür sayılan qeyri - müəyyən bir ünsür olduğunu göstərirdi və onu "apeyron" adlandırmışdı.


İbtidai animizm ənənələrini davam etdirən ilk filosoflar öz təlimlərində təbiəti antropomorfik (insana bənzətmə) və sosiomorfik (cəmiyyətə bənzətmə) nöqteyi-nəzərindən izah etməyə səy göstərirdilər, məsələn, bu baxışlara görə təbiətdə hər bir ilk başlanğıca cəmiyyətdə olduğu kimi ali hakimiyyət mənsubdur. Təbii şeylərin qarşılıqlı münasibəti, şəhər əhalisinin üzvləri arasındakı qarşılıqlı münasibətə uyğun olaraq baş verdiyi göstərilirdi və bununla bağlı mənəvi kateqoriyalar, çox vaxt isə "ədalət" anlayışı işlədilirdi. Digər baxışlara görə təbiətdə hər şey ruha malikdir: Heraklitə görə psiheyalar (yəni ruhlar) sudan buxarlanırlar, Anaksimenin fikrincə isə onlar havadan ibarətdirlər. Canlı və cansız, psixi və fiziki bu dövrdə hələ vahid bir şey kimi qavranılırdı.

Bununla belə, qədim təbiət fəlsəfəsində bənzətmə təkcə antropososiomorfik deyildi. Təbiətin anlaşılmayan hadisələrini-meteoroloji, astronomik, kosmik və sair-qədim mütəfəkkirlər analogiya yaxud onlara məlum təbiət hadisələrilə birbaşa eyniləşdirmə vasitəsilə aydınlaşdırmağa çalışmışlar. Eksperimental tədqiqat metodu onlara demək olar ki, bəlli olmadığından (axı istehsal o dövrdə əsasən əl əməyi və çox sadə alətlərin tətbiqi üzərində dururdu), qədim mütəfəkkirlər təbiət hadisələrinin sadəcə müşahidə metodundan geniş istifadə etmişlər.

Erkən yunan fəlsəfəsinin ən parlaq nümayəndələrindən biri də Heraklitdir. Böyük mütəfəkkir, bütün antik və avropa-bizans orta əsr fəlsəfə tarixini keçərək bizim dövrədək gəlib çıxan "loqos" sözünü, özünün loqos haqqında təlimilə ilk dəfə daxil etmişdir. "Loqos" termini çoxmənalı olub söz, nitq, ağıl, məntiqə uyğun əsas bildirirdi. Bu da təsadüfi deyildi. Qədim yunanların təbiət fəlsəfəsində insan təbiətin ayrılmaz hissəsi sayılırdı və buna görə də həm "söz", həm "ağıl" Heraklit üçün təkcə insana subyektiv mənsub olan deyil, şeylərin özünün mahiyyətini ifadə edirdi. Heraklitə görə loqos təbiətdə maddənin dövranı haqqında təsəvvürləri, daima canlı odu ifadə edir. Sonralar, eramızdan əvvəl IY əsrin sonu və bizim eranın birinci əsrlərinə kimi, stoiklər məktəbi mövcud olan zaman, bu anlayış təbiət hadisələrinin qanunauyğunluqlarının anlanılmasında əsas rol oynamaqda davam etmişdir. Heraklitin ardınca stoiklər də bu qanunauyğunluqları dövri fəaliyyətdə olan kimi təsəvvür etmişlər. Onların qənaətinə görə, hər biri min il davam edən dövr hüdudunda oddan yaranmış dünya, onda olan bütün imkanlar tükəndikdən sonra elə od tərəfindən udulur və bundan sonra, əvvəlkini eynilə təkrarlayan yeni dünya əmələ gəlir.
Qədim Yunan Fəlsəfəsi Antologiyası PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar