Azərbaycancaaz
Mir.az » Kitablar » Fyodor Dostoyevski "Bəyaz gecələr" PDF

Fyodor Dostoyevski "Bəyaz gecələr" PDF

Fyodor Dostoyevski "Bəyaz gecələr" PDF
  • Reytinq: 85
  • Şərhlər: 5
Populyarlıq 76% 76%


Diqqət Çəkənlər

Dünya ədəbiyyatının ən böyük nümayəndələrindən biri hesab edilən Fyodor Mixayloviç Dostoyevski (1821-1881) rus ədəbiyyatı tarixində özünəməxsus yer tutur. Tənqidçi Belinski deyirdi ki, o qeyri-adi və bənzəri olmayan bir istedaddır. F.M.Dostoyevskinin yaradıcılığı dünya ədəbiyyatında realizmin inkişaf etməsi üçün zəngin bir xəzinədir. Onun ‘Bəyaz gecələr’ əsəri 1848-ci ildə çap olunub. Dostoyevski bu əsəri gənclik illərinin dostu, şair A.N.PIeşeyevə həsr edib.

Romanın baş qəhrəmanı – kimsəsiz və utancaq bir xəyalpərəstdir. Bəyaz gecələrin birində xəyalpərəst oğlan Nastya adlı bir qızla tanış olur, zaman keçdikcə ona vurulur. Amma Nastya ona dost və qardaş gözü ilə baxır. Qız ona keçmiş monoton həyatından, ilk məhəbbətindən və sevdiyi insanın onu necə tərk etdiyindən bəhs edir. Xəyalpərəst oğlan Nastyaya yardım edir, ona mənəvi dəstək olur. Oğlanın duyğularını layiqincə qiymətləndirməyə can atan Nastya bir gün onun sevgisinə cavab verməyi qərara alır. Lakin əvvəlki sevgilisi qayıdınca, qız dostunu tərk edir. Oğlan Nastyanı bağışlayır və yenə sevməyə davam edir. Nastya onun həyatının ən parlaq səhifəsidir!
Fyodor Dostoyevski "Bəyaz gecələr" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 5

Şərh Yaz
  1. siyahim555
    siyahim555
    Kitabxanaçı
    Dahi yazar, həcm etibarilə kiçik, lakin mahiyyət cəhətdən nəhəng bir əsər sayılabiləcək bu romanına eşqin, saflığın, ehtirasın, ümid və ümidsizliyin, gülüşün və gözyaşının demək olar ki ən gözəl izahını sığdırmışdır. Odur ki əsər, ədəbi doyuruculuq meyarında, olduqca qaniedici romanlar sırasındadır.

    (Təkidlə tövsiyyə olunur.)
    --------------------
    Didilmiş bir qayığa düşən ay işığı kimiyəm. V.Vulf
  2. Vaqif
    Vaqif
    Qonaq
    Dasdayevskinin əsərlərini insanı keçmişə aparir
  3. Vaqif Qasimov
    Vaqif Qasimov
    Qonaq
    Gözəl təşəbbüsüdu şərait yaradiqniza görə tesekkgul

  4. royalismayilove
    royalismayilove
    Oxucu
    Onun təkidilə gəlib buralara düşmüşəm, oxuyaq görək necədir
  5. Cavid Sixeliyev
    Cavid Sixeliyev
    Oxucu
    Hər cür hissi yaşatdı mənə bu əsər

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar