Azərbaycancaaz
Mir.az » Kitablar » Napoleon Hill "Uğurun qanunu: On altı dərsdə" PDF

Napoleon Hill "Uğurun qanunu: On altı dərsdə" PDF

Napoleon Hill "Uğurun qanunu: On altı dərsdə" PDF
  • Reytinq: 45
  • Şərhlər: 12
Populyarlıq 71% 71%


Diqqət Çəkənlər
“Uğurun qanunu” – həyatda müvəffəqiyyət qazanmaq haq­qında olduqca populyar kitablar müəllifi Napoleon Hillin əsas əsəridir. Müəl­lif bu kitabda Amerikanın çox vaxt sıfırdan başlamış, “taleyin zərbələri universitetləri”ndə təcrübə toplamış ən görkəmli biznesmenlərinin həyatını və qazandıqları nailiyyətləri təhlil edərək vurğulayır ki, “uğuru tutmaq olmaz”, ona “ümumdünya cazibə qanunu kimi dəyişməz olan qanunları mənimsəyərək və tətbiq edərək” çatırlar. “Həyat döyüşündə qalib gəlməyə kömək edən” qanunların öyrənilməsinə həsr olunan bu əsərdə oxucu uğurun bütöv fəlsəfəsini tapacaq. Bu fəlsəfənin əsasında “müvəffəqiyyətə gedən yolda əsas maneə olan şəxsi zəifliklərin öhdəsindən gəlmənin strategiyası” durur və müəllif öz-özünü tərbiyələndirmə ilə bağlı psixoloji sistemə uyğun ardıcıllıqla bir çox faydalı məsləhətlər verir. Hill “həyat dənizində məqsədsiz üzənlərin” “mürgüləyən imkanlarını” oyatmağa, öz talelərinin kapitanı olmağa çağırır, çünki “insanın nə istədiyini bilməsi müvəffəqiyyət qazanmaq uğrunda döyüşdə qələbənin tam yarısıdır”. Müəllif əyani misallar gətirir, öz başına gələn, son nəticədə ona “özünü kəşf etməyə”, qabiliyyətini tapmağa kömək edən hadisələrdən bəhs edir.
Napoleon Hill "Uğurun qanunu: On altı dərsdə" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 12

Şərh Yaz
  1. Charlie15
    Charlie15
    Şərhçi
    Bunu niyə burda vip olaraq paylaşdınız?! Mən pulsuz oxumaq istəyirəm!! Haqsızlıqdır təhsil ilə pul bir deyil bir gün mən bu qanunsuzluğu aradan qaldıracam. hər hansı fərdi bir şəxs kitab oxumaq üçün pul vermək məcburiyyətində deyil!!!
    1. Okuryus
      Okuryus
      Cahil
      Bu saytın da yaşaması üçün bir gəlir lazımdır ?
      --------------------
      Önce dinle...
      1. Charlie15
        Charlie15
        Şərhçi
        Təhsil pul ilə heç vaxt idarə oluna bilməz niyə varlı adamlar vaxtında onlara kitablar ucuz gəlirdi və alıb oxumurdular amma ki kasıb insanlar kitab alıb oxumaq istəyirlər amma oxuya bilmirlər onlarında dünya görüşü nitq ünsiyyəti və s. Qabiliyyətləri kitab vasitəsilə inkişaf etdirmək istəyirlər məbləğləri çox azdır diyə onlar belə möhtəşəm kitabları oxuya bilmirlər təhsil pul ilə bir deyil bunu hər kəsə başa salacam bu bir rüşvətdir.

        1. Okuryus
          Okuryus
          Cahil
          1 dəfə 2 manat ödəyərək bu saytda bir ay ərzinsə limitsiz yükləmə edə bilərsiniz.
          --------------------
          Önce dinle...
        2. - bibliophile -
          - bibliophile -
          İdarəçi
          Saytda minlərlə kitab var və 10-15'ni çıxmaqla hamısı pulsuzdur. Onların pullu olmağının səbəbi isə dəfələrlə bildirdiyimiz kimi, saytın ehtiyaclarını qarşılamaq, ayaqda saxlamaq üçündür. Könül istər ki, hamısı elə pulsuz olsun ancaq səbəb budur.
          Və rüşvət mövzusunda isə burda gizli yaxud da qaydadan kənar iş görülmür ki rüşvət olsun.
          Necə ki, kitab mağazasına gedirsiz, kitab götürürsüz və o müəssisənin idarə olunması üçün pul ödəyirsiz, bu saytdada elə.
          Hərşey barizdir.
    2. Farid Aliyev_3
      Farid Aliyev_3
      Qonaq
      Evvela sizi salamlayiram.Sizin fikrinizle razi deyilem.Bu saytda ne qeder pulsuz vesait var, aydin meseledir ki saytin islemesi ucun ayliq ve ya illik odenis edilmelidir.(Domen,hosting ve s.) 2 azn ne boyuk meblegdir ki, ona gore sikayetlenirsiz? Hansisa Neshriyyata gedib,kitab almaq isteyende 1 eded kitab minimum 5 azn-den baslayir.Burada ise 2 azn verirsiz ve 1 ay erzinde limitsiz sayda kitabin elektron formasini (pdf) yukleyib, oxuyursunuz.Budurmu sayti yaradanlarin eziyyetlerinin qarsiligi? Ayib olsun deyirem basqa da bir sey demirem.
    3. Ravan Sariyev
      Ravan Sariyev
      Oxucu

      Hər bir kəsə salam. Bu mənəm Charli Hesabı mənə aiddir və adım Rəvan Sarıyevdir. Bu şərhi xatırladım və gəldim indiki dünya görüşlü fikrimi desəm kasıb onlarla insanlar üçün ayrıca ödənişsiz proqram yaradılmalıdır və varlılar üçün ayrı bilirəm gec cavab oldu jsjsj amma ki bu şərhi gördüm və dedimki çox tez gecdi vaxt və... bu məsələdə biraz özümə haqq verirəm birazda yox)

  2. cc b
    cc b
    Qonaq
    Salam əziz oxucular qəzəl oxumaq istəyirsənizsə buyurun Ələddin Cəmiloglunun Qəzəllər əsərini oxuyun maraqli və gozel qəzəllər var
  3. Cavidan Osmanlı
    Cavidan Osmanlı
    Qonaq
    Hərkəsə Salamlar... Məncə bu möhtəşəm kitabları oxumağ üçün 2 manatdan keçməyə dəyər... Zatən hər gün gic gic xərcləmələr edirik... 2 manatımızı ay ərzində bu sayta ayırmağnan bizdəndə aşağı olan (imkan cəhətdən) təbəqələrə kitab oxumaqları üçün şərait yaratmış oluruğ) 👑
  4. Qonaq Nəzrin
    Qonaq Nəzrin
    Qonaq
    Əgər kitabı alacaqdıqsa niyə bu sayta daxil olub qeydiyyatdan keçirik

  5. Aytac Nəzərova
    Aytac Nəzərova
    Oxucu
    Məncə pullu olmamalidir
    1. Loreyn
      Loreyn
      İdarəçi
      Bəs bu saytın işləməsi üçün pulu kim ödəməlidir? Əgər hər şey tam pulsuz olsa gərək saytı bağlayaq.

Şərh Yaz