Azərbaycancaaz
Mir.az » Kitablar » Uilyam Folkner “Seçilmiş Əsərləri” PDF

Uilyam Folkner “Seçilmiş Əsərləri” PDF

Uilyam Folkner  “Seçilmiş Əsərləri” PDF
  • Reytinq: 4
  • Şərhlər: 0
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər

Böyük Amerika yazıçısı, Nobel mükafatı laureatı Uilyam Folkner (1897-1962) ilk dəfə özünün “Hay-küy və qəzəb” (1929) romanı ilə ədəbiyyatşünasların və oxucu kütləsinin rəğbətini qazanmışdır. Onun əsərləri avropalıların hindu torpaqlarına yerləşdiyi vaxtlardan XX əsrin ortalarına qədər olan bir müddət ərzində Amerikanın cənubunda cərəyan edən hadisələr haqqında böyük bir hekayətdir. Bu əsərlərdə cənubluların məğlub olduğu Vətəndaş müharibəsi (1861-1865) mövzusu xüsusi yer tutur və bütün hadisələr yazıçının uydurduğu Yoknapatofa adlı əyalətdə baş verir. Folkner “Avqust işığı” (1932), “Avessalom, Avessalom!” (1936), “Malikanə” (1959) və başqa romanları, həmçinin, hekayə topluları oxucuların daim müraciət etdiyi əsərlər sırasındadır. Bu kitabda Uilyam Folknerin Nobel nitqi, Cin Staynla müsahibə, Folkner Virciniya universitetində, “Avqust işığı” romanı və hekayələri Azərbaycan oxucusunun ixtiyarına verilmişdir.
Uilyam Folkner “Seçilmiş Əsərləri” PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar