Məşhur holland rəssam Vinsent van Qoq 1853-1890-cı illərdə yaşayıb. O, öz həyatı və yaradıcılığı ilə ən çox müzakirə edilən rəssamlardandır. Hətta belə bir siyahı yaratsaq, Van Qoq ilk üçlüyə girər. Öz qulağını kəsməsi, özünü öldürməsi kimi məsələlər dəfələrlə müzakirə mövzusu olub. Ömrü boyu yalnız bir rəsm əsəri sata bilən Van Qoq qardaşının maddi dəstəyi ilə yaşayırdı. Onun həyatını, ən əsası, iç dünyasını bilmək istəyənlər üçün qardaşı Teoya yazdığı məktublar ən yaxşı mənbədir. 1873-cü ildən başlayaraq 1890-cı ilə, Van Qoqun intihar etməsinədək davam edən bu məktublaşma rəssamın melanxolik iç dünyasını çox yaxşı sərgiləyir. O, ümumilikdə, qardaşına 600-dən çox məktub yazıb. Van Qoq öldükdən sonra da cibindən Teoya yazdığı məktub tapılıb.
Vinsent Van Qoq "Teoya Məktublar" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.
Şərhlər 0
Şərh Yaz