Azərbaycancaaz
Mir.az » Kitablar » Kobo Abe "Qumluqdakı Qadın" PDF

Kobo Abe "Qumluqdakı Qadın" PDF

Kobo Abe "Qumluqdakı Qadın" PDF
  • Reytinq: 33
  • Şərhlər: 3
Populyarlıq 79% 79%


Diqqət Çəkənlər

Bəzi kitablar var ki,cildinin gözəlliyi ilə,bəziləri məhz yazıçısına görə,bəziləri də əsərin adına görə oxucunu cəlb edir.Bu kitab isə məni həm adına,həm də yapon ədəbiyyatına məxsus olduğu üçün cəlb etmişdi.Qeyd edim ki, bu yazıçıdan əvvəllər heç bir əsər oxumamışdım.Kitabın tərcüməsi Nəriman Əbdülrəhmanlıya məxsusdur və qənaətbəxşdir.Kitabı oxuduqdan sonra yazıçı haqqında da maraqlandım.Çoxşaxəli,müxtəlif bacarıqları olan Kobo Abe maraqlı şəxsiyyət olub.Əsərləri bir çox mükafatlara layiq görülmüş,müxtəlif dillərə tərcümə olunmuşdur.
Yazılışı sadə olsa da,mənası çox dərin olan " Qumluqdakı qadın " əsəri məncə hər kəsin bəyənəcəyi bir kitab olmayacaq.Əsərdə təsvirlərə və hisslərə həddən çox yer verilib ki,bu da bir çox oxucular üçün darıxdırıcı ola bilər.Amma mənim üçün deyil.
Kitabı oxuyursan,oxuyursan və hansısa anda anlayırsan ki, əslində bu qəhrəmandan heç nə ilə fərqlənmirsən.Hər gün bizi əhatə edən eyni qayğılar,yaşamaq uğrunda apardığımız mübarizə və daha yaxşı yaşamaq üçün çırpınmalar.... Bir də baxırsan ki, ömür gedib,sən isə hələ də o dərin quyudasan və bir gün bunu adi olaraq qəbul edirsən,sanki elə belə də olmalıymış...
Əsərin qəhrəmanı adi bir müəllimdir.Bundan başqa o ,entomologiya -- həşərat kolleksiyası toplamaqla da məşğuldur.Onun böyük bir arzusu var -- nadir bir həşərat növü əldə etmək və adını tarixə yazmaq.Bu məqsədlə məzuniyyət götürərək uzaq,qumlu bir sahilə getməyi qərara alır.Nəhayət ki ,istədiyi yerə gəlib çatır və axtarışlara başlayır.Ətrafda hər tərəf qumluqlardan ibarətdir.Yaxınlıqdakı kənddə bir neçə ev var,lakin çox sakitlikdi.Həşərat axtarışı ilə nəhayət dəniz sahilinə qədər gəlib çıxan qəhrəman təsadüfən orda qarşılaşdığı insanlardan gecələmək üçün ona yer vermələrini xahiş edir.Onlar sevinərək onun xahişini yerinə yetirirlər.Qəhrəmanımız digər bir kəndə gətirilir.Burda ətrafda sanki heç bir şey yox idi.Amma əslində evlər yerin altında,dərinlikdə yerləşirdi.Niki bir günlük qonaq qalmaq məqsədilə on metrdən çox dərinliyi olan bu evlərin birinə enir.Ev sahibəsi olan gənc qadın onu çox xoş qarşılayır.Lakin səhər açılanda onu bu yerə endirən nərdivan artıq orada yox idi.....
Həşərat əldə etmək arzusunda olan Niki özü bir həşərat kimi tələyə düşmüşdü.
Düşünürəm ki,bu əsəri real bir hadisə kimi deyil,məhz fəlsəfi mənada qəbul etmək lazımdı.Məsələn orda iki kəndin olması.Kəndlərdən birində evlər üst hissədə,digərində yerin dərinliyindədir.Dərinlikdəki insanlar üstdəki insanların evini qum basmasın deyə gecə gündüz işləyir və qumu təmizləyib kəndirlə yuxarıdakılara ötürürlər.Məgər həyat da belə deyilmi? Yuxarıdakı insanlar və aşağıdakı insanlar...
Bir sözlə dərin düşünə bilən insanlara oxumağı tövsiyyə edirəm.Kitab əsasında eyniadlı film də çəkilmişdir.Yapon dilində olduğu üçün mən təxmini ordan burdan izlədim.Hamıya xoş mütaliələr.?
Kobo Abe "Qumluqdakı Qadın" PDF
Kitab naşirin və ya yazarın tələbi ilə silinib.

Kitab naşirin və ya yazarın tələbi ilə silinib.

Saytımızın ünvanı qadağalar səbəbindən dəyişə bilər. Bu vəziyyətdən təsirlənməmək üçün sosial şəbəkə hesablarımızı izləyin.

Şərhlər 3

Şərh Yaz
  1. Sadiq Şərif
    Sadiq Şərif
    Qonaq
    Oxumağa başlayıb rəyimi deyəcəm
  2. Sadiq Şərif
    Sadiq Şərif
    Oxucu
    Süperliko
  3. Sadiq Şərif
    Sadiq Şərif
    Oxucu
    as a result, we read new books

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar