Azərbaycancaaz
Mir.az » Kitablar » Erix Mariya Remark "Qərb Cəbhəsində Dəyişiklik (Təbəddülat) Yoxdur" PDF

Erix Mariya Remark "Qərb Cəbhəsində Dəyişiklik (Təbəddülat) Yoxdur" PDF

Erix Mariya Remark "Qərb Cəbhəsində Dəyişiklik (Təbəddülat) Yoxdur" PDF
  • Reytinq: 31
  • Şərhlər: 4
Populyarlıq 77% 77%


Diqqət Çəkənlər

Burada birinci dünya müharibəsi tarixindən, gənc əsgərin düşüncələrindən bəhs olunur. 19 yaşlı Paul Boymer özü də bilmədən məktəbdən birbaşa cəbhəyə gəlir. O, cəbhədə gözlədiyi müharibə həyəcanı və macəraları əvəzinə qırğının amansızlığını və dostlarının dəhşətli ağrılarının şahidi olur.
İllər boyudur müxtəlif satış rekordları vuran bu kitabda Remark birinci dünya müharibəsinin dəhşətlərini canlı və hər kəs üçün anlaşıqlı dillə təsvir edib.

"Həyatın qorxunc hüznünü, insan övladının mərhəmətsizliyini hiss edirəm..."

• Oxuduqca müharibə, işğalçılıq və millətçilik barədə düşüncələrinizi bir daha gözdən keçirməli olacağınız bu kitabda hekayə oxuculara baş qəhrəman Paul'un dilindən, axıcı və sadə bir şəkildə anladılmaqdadır.

• Paul, tarixin ən mərhəmətsiz döyüşlərindən biri olan Birinci Dünya Müharibəsinə müəlliminin təsiri ilə könüllü olaraq qatılmış bir uşaqdır. Onunla bərabər, burada dostları və məktəb yoldaşları, həmçinin xalqın içindən hər cür sadə insan var. Və qıraqda durub həvəsləndirici, ruhlandırıcı danışıqlar aparan bir çox şəxslə müqayisədə, bu sadə insanlar müharibənin əsl üzünü bizə daha yaxşı göstərirlər.

• Onlar müharibənin mənasızlığını sorğulayırlar, ancaq bu sorğulayışa rəğmən, düşünmədən döyüşməyə də davam edirlər, çünki düşünsələr, dəli ola bilərlər. Və qorxu var - ölmək, bəlkə də, vəhşicə qətl edilmək qorxusu, qollarını, ayaqlarını, dostlarını itirmək qorxusu, ancaq ən çox da savaşdan qayıtmağı bacarsalar, heç bir yerə aid olmamağın, silinmiş bir nəslin son fərdi olmağın verdiyi qorxu.

• Hər zamankı kimi, müharibəni tərifləyən, qəhrəmanlıq hekayələri danışıb vətənləri uğruna ölməyin nə qədər şərəfli bir şey olmasından bəhs edən insanlar var burada; hansı ki, əvvəldə Paul və dostlarının orduya qatılmasına səbəb olan, bu insanların danışdığı o nağıllar, cəbhədəki həyatdan sonra heç nə ifadə etmir. Ki bununla da, kitabda çox önəmli bir məqama toxunulmuş olur : Köhnə dövr insanlarının ikiüzlülüyü.

• Ailələrinin, müəllimlərinin, böyüklərinin basqıları ilə müharibəyə göndərilən, almanlar tərəfindən toplu atəşə qarşı harada sipər ala biləcəkləri, düşməndən gizlənməyi necə bacaracaqları barədə deyil, düymə parıldatmaq, üst rütbələrə yaltaqlanmaq barədə təlim görən gənclər cəbhədə bir-bir ölərkən, geridə qalan insanların Almaniyanın gücünün böyüklüyündən, müharibənin haqlılığından danışması Paul'u diksindirir. Elə oxucunu da.

"Əlbəttə anlayırlar, haqlı olduğunu deyirlər, onlar da sənin kimi düşünürlər, amma ancaq sözdə, sadəcə sözdə..."

Erix Mariya Remark "Qərb Cəbhəsində Dəyişiklik (Təbəddülat) Yoxdur" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 4

Şərh Yaz
  1. Sadiq Memmedli
    Sadiq Memmedli
    Oxucu
    Dil Azərbaycan dili qeyd olunsa da, kitab Azərbaycan dilində deyil
    1. Admin
      Admin
      Bilgin
      Kitab 4 dildə var. İstədiyiniz dildə yükləyə bilərsiniz.
      --------------------
      İnstagram
  2. Khajala HM
    Khajala HM
    Şərhçi
    Azerbaycan dilindeki verisya turk dilinde olan versiyadan daha yaxsidi,daha oxunaqlidi.

  3. Elmir Abdullayev
    Elmir Abdullayev
    Oxucu

    Səhifələr qarışıb deyəsən 

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar