Azərbaycancaaz
Mir.az » Kitablar » Hans Xristian Andersen "Nağıllar" PDF

Hans Xristian Andersen "Nağıllar" PDF

Hans Xristian Andersen "Nağıllar" PDF
  • Reytinq: 14
  • Şərhlər: 2
Populyarlıq 93% 93%


Diqqət Çəkənlər

Hans Xristian Andersen 1805-ci il aprelin 2-də Danimarkanın Odens şəhərində anadan olub. Ailənin tək uşağı olan Andersen heç vaxt yaxşı oxuyan, çalışqan şagird olmayıb, həmişə fikri dağınıq olub və qrammatik səhvlər edə-edə yazıb, o, heç vaxt yazısını düzəldə bilməyib. Lakin buna baxmayaraq 1822-ci ildə artıq “Palnatokun məzarındakı ruh” adlı ilk hekayəsini nəşr etdirib.

Pyeslər, səyahətnamələr, romanlar və şeirlər də yazmasına baxmayaraq, Andersen bütün dünyada daha çox nağıllarına görə tanınıb. Onun nağılları 100-dən çox dilə tərcümə edilib. O, dünyanın ən məşhur nağılçılarından biridir.

“Çirkin ördək balası”, “Çaxmaq daşı”, “Kibritçi Qız”, “Qalay əsgər”, “Düyməcik”, ”Su pərisi”, “Qar kraliçası”, “Kralın təzə libası”, “Noxud üstündə yatmış şahzadə qız” və başqa nağılları ilə məşhur olan Andersenin nağılları özünəməxsus xüsusiyyətləri və qeyri-adilikləri ilə seçilir.

Amma Andersenin həyatı heç də nağıllardakı kimi olmayıb. Adi bir başmaqçı olan atası oyuncaq hazırlamağı çox sevərdi. Atasının həyatdan erkən köçməsi ilə Hans uşaqlıq çağları ilə vaxtından əvvəl vidalaşaraq işləməyə məcbur olub. Daha sonra Hans Kopenhagenə köçmək qərarına gəlib. O, bütün asudə vaxtını kitabxanada keçirib. Beləliklə, Hans Kopenhagen universitetinə daxil olub və yazıb-yaratmağa başlayıb. Əsərləri nəşr olunub və teatrlarda səhnələşdirilib.

Bu zaman Hans şəxsi həyatında ilk zərbəni alıb. Belə ki, onun sevdiyi qız valideynlərinin təkidi ilə başqa biri ilə ailə qurub. Bu hadisədən kədərlənən Hans Xristian Andersen qəlbindəki yaraları sağaltmaq ümidi ilə Kopenhageni tərk edib. Lakin nə uzaq məsafələr, də nə zaman Andersenə kömək edə bilib. Məşhur yazıçı olmaq ümidi ilə yaşayan Hans çoxlu əsərlər yazıb və böyük qazanc əldə edib. Onun nağılları ilk dəfə Fransada, sonra digər ölkələrdə tanınıb, yalnız bundan sonra yazıçının vətəni Danimarkada sevilib.

Andersen ümumilikdə 170 nağıl, 5 roman, bir neçə pyes, şeir və oçerk müəllifidir. Əsərlərinə cizgi filmləri, filmlər çəkilib.

Andersen bütün həyatını tənha keçirib. O, 1875-ci il avqustun 4-də qaraciyər xərçəngindən vəfat edib.
Hans Xristian Andersen "Nağıllar" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 2

Şərh Yaz
  1. Qonaq Aytac
    Qonaq Aytac
    Qonaq
    Salam Mən kitablar oxumaq istəyirəm
  2. Gülnur Memmedli
    Gülnur Memmedli
    Oxucu
    Salam mən kitabi yukləyirem ama açmir?

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar