Azərbaycancaaz
Mir.az » Kitablar » Michael Moorcock "Budur, İnsan" PDF

Michael Moorcock "Budur, İnsan" PDF

Michael Moorcock "Budur, İnsan" PDF
  • Reytinq: 5
  • Şərhlər: 0
Populyarlıq 80% 80%


Diqqət Çəkənlər

"İnsanlar ihtiyaç duyduğu zaman akla hayale gelmeyecek başlangıçlara sahip büyük bir din yaratabilirler."

▪︎M. Moorcock (1939 -  ) : ingilis-amerikan yazıçı. Elmi-fantastika və fəntezi janrında çox sayda kitab və seriyaların, həmçinin komik-trillerlərin, qrafik hekayələrin, non-fikşn əsərlərin müəllifidir. Məhsuldar yazıçılıq fəaliyyəti ilə birgə redaktorluq və musiqiçilik işini də aktiv şəkildə davam etdirir.

"Bilgi korkuyu yok eder. Korku olmadan din hayatta kalamaz."

📌 Zehni din, yaradılış kimi mövzularda suallarla, tərəddüdlərlə dolu olan Karl Glogauer adlı musəvi gənc bir alimin zaman maşını eksperimenti üçün könüllü olur : İsa Məsihin həyatının son dönəmlərinə şahidlik edə bilmək üçün keçmişə - 1970-ci ildən b. e. 29-cu ilə səyahət edir. Müqəddəs torpaqlarda Xaç atası Yəhya ilə qarşılaşır və peyğəmbəri tapmaq üçün yola düşür.

"Tuzağa düştüm. Batıyorum. Kendim olamıyorum. Diğer insanların beklentileri tarafından şekillendirildim."

📌 Onub, bizim ağlımızdakı Məsih fiquru necədir, bilmirəm, ancaq hekayədəki obrazın təsəvvürlərimizdən çox fərqli olduğu bir gerçəkdir. Həmçinin İsanın çarmıxa çəkilməsi hadisəsindən tutmuş, onun müridləri, ondan nifrət edənlər, eləcə də mövcud mühitdə varlığını davam etdirən digər ideologiyalar və ideoloji hadisələrlə "yenidən" , daha çılpaq bir reallıqla tanış olur. Ancaq Karl heç nəyə müdaxilə etməməlidir. Məntiqi bunu deyir.

“İçimde bir şey eksik...”
“Ne tür bir eksiklik ?”
“Yani; belki bir eksikliğin eksikliğidir.”


📌 Kitabda İncildən kifayət qədər çox sitat, həmçinin, Carl Gustav Jung məktəbinə toxunuşlar, William Wordsworth, William Blake kimi ədiblərə səslənişlər mövcuddur. Beləliklə, Moorcock asan-asan unutmayacağınız, təkrarını tapmayacağınız teoloji bir elmi-fantastika təklif edir. Hekayəni oxuya-oxuya sonu haqqında haqlı təxminləriniz yaranır, ancaq müəllifin radikal, ya da emosional nəticəyə varmaq kimi bir dərdi yoxdur.


Tarixin bütünlüyü pozulmasın, dəyişməsin deyə gedişata müdaxilə etməyin - dəyişdirməyin kəfarəti nədir ?

Fikirlər reallığı yaradır, yoxsa reallıq fikirləri doğurur ?

Budur, İnsan.

Yanlış suallara verilən doğru cavab.

Michael Moorcock "Budur, İnsan" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar