Azərbaycancaaz
Mir.az » Kitablar » Əsli və Kərəm Dastanı - PDF

Əsli və Kərəm Dastanı - PDF

Əsli və Kərəm Dastanı - PDF
  • Reytinq: 19
  • Şərhlər: 4
Populyarlıq 89% 89%


Diqqət Çəkənlər

Əsli və Kərəm — Azərbaycan məhəbbət dastanları arasında orijinallığı və qeyri-adi sonluğu ilə seçilən "Əsli və Kərəm" dastanı da əsasən məzmun və mahiyyət etibarilə yad təsirə məruz qalmış Azərbaycanın xalq ədəbiyyatı nümunələrimizdən sayıla bilər. Tədqiqatçıların rəyinə görə, "Əsli və Kərəm" dastanı əsasən XVI əsrin əvvəllərində yaranmış və həmin əsrdə də formalaşmağa başlamışdır. "Əsli və Kərəm"in Orta Asiya, Kiçik Asiya və Yaxın Şərqdə orijinal variantları mövcuddur.


Deyirlər, çox keçmiş zamanlarda bir xan olur, bir də vəziri. Bu vəzirin adı Qara keşiş imiş. Xanın Kərəm adlı oğlu, Qara keşişin də Əsli adında qızı varmış. Onlar böyüyüb bir-birlərini sevirlər. Qara keşiş bu sevgidən xəbər tutan kimi fikrə dalır, iki ayağını bir başmağa qoyub olmaz ki, olmaz deyir. O, hara, mən hara. Mən öz qızımı dinimdən olmayan adama ərə vermərəm.

Xan oğlunun dərdindən hali olub çox sevinir. Qara keşişə sifariş göndərir. Qara keşiş işi belə görüb aradan çıxmağı qərara alır. Gecə ikən barxanasını yığıb külfəti ilə bərabər oradan uzaqlaşır. Ay dolanır, il keçir. Kərəm öz sevgilisindən əl çəkmir. Nəhayət, Qara keşiş onların evlənməsinə icazə verir. Qəlbindəki kinini gizlədib Kərəm üçün bir toy xalatı tikir və ona deyir:

– Kərəm, oğul, mən sənə çox əzab vermişəm, bağışla. Al bu xalatı, toy gecəsi qızın yanına getməzdən əvvəl geyinib öz əlinlə düymələrini açarsan. Ondan sonra qızımla xoşbəxt olarsan.

Toy vurulur. Toy gecəsi Kərəmlə Əsli tək-tənha qalıb birbirinə sarmaşırlar. Kərəm əl atır ki, xalatın düymələrini açsın, düymələr Kərəmin əli dəyən kimi öz-özünə açılır, axırıncıya çatanda təzədən hamısı düymələnir. Kərəm işi başa düşür. Bilir ki, Qara keşiş nə isə onların başına bir bədbəxtlik gətirəcək. Əsli də Kərəmə kömək edir. Bu dəfə isə düymələr açılıb Kərəmin sinəsinə düşür. Kərəm alışıb yanır. Bir göz qırpımında kül olur. Əsli hay-həşir salır, saçlarını süpürgə eləyib Kərəmin külünü ağlaya-ağlaya yığışdırmağa başlayır. Həmin küldən bir qığılcım da qalxıb Əslinin üstünə düşür. O da yanıb külə dönür. Bu vaxt səs-küyə el-oba adamları tökülüşüb gəlirlər. Otaqda bəylə gəlin əvəzinə ikicə topa kül tapırlar. Bilirlər ki, bu, Qara keşişin işidir. Hamı göz yaşı töküb ağlayır, hər iki nakam gənci basdırırlar.

Bir az keçməmiş Qara keşiş də azarlayıb ölür. Onu da Əsli və Kərəmin yaxınlığında basdırırlar. Nakam gənclərin qəbrinin üstündən gül kolları bitib bir-birinə sarmaşır, Qara keşişin də qəbrindən qaratikan boy verib güllərin arasına soxulur. Deyirlər gül kolları Əsli ilə Kərəmin ruhudur ki, o biri dünyada qovuşmaq istəyirlər. Qara keşişin ruhu isə qaratikana çevrilib onların qovuşmalarına mane olmaq istəyir.
Əsli və Kərəm Dastanı - PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 4

Şərh Yaz
  1. - bibliophile -
    - bibliophile -
    İdarəçi
    Vauu. O dillərə dolaşan Əsli və Kərəm. Görəsən tam halıdır? Maraqlanacam. Və əsər maraqlıı gəldiii.
    1. Admin
      Admin
      Bilgin
      Bəli, tam versiyadır.
      --------------------
      İnstagram
  2. Qonaq Nurgul
    Qonaq Nurgul
    Qonaq
    Gün doğmadan neler doğarr)

  3. Rövşanə Cavadova
    Rövşanə Cavadova
    Qonaq

    Əsli və Kərəmi öyrənmək istəyirəm 

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar