Azərbaycancaaz
Mir.az » Kitablar » Aqata Kristi "Ölümlə Görüş" PDF

Aqata Kristi "Ölümlə Görüş" PDF

Aqata Kristi "Ölümlə Görüş" PDF
  • Reytinq: 26
  • Şərhlər: 1
Populyarlıq 85% 85%


Diqqət Çəkənlər

Romanda Herkül Puaronun Yaxın Şərqdəki macəralarından söz açılır. Qüdsdə istirahət edərkən məşhur dedektivin təsadüfən eşitdiyi söhbət böyük bir cinayətin üstünü açmağa kömək edir.Tiran, sadist, qəddar ana olan Miss Boyntonun qatilini axtararkən Puaro bütün ailə ilə üzləşməli olur. Bəs kimdir günahkar? Puaro əmindir ki, sadəcə şübhəlilərlə söhbət etmək canini tapmağa kifayət edir.
Aqata Kristinin “Ölümlə görüş” dedektiv romanı ilk dəfə Böyük Britaniyada Collins Crime Club nəşriyyatı tərəfindən, 1938-ci ilin mayında çap edilib. Amerikada isə kitabı Dodd, Mead and Company nəşriyyatı elə həmin ildə çap edib.
BİRİNCİ HİSSƏ 1
- Başa düşürsən, hə? O öldürülməlidir!
Sual sakit qaranlıq gecəyə axdı, orada bir müddət asılı qaldıqdan sonra yenidən Ölü Dəniz tərəfə, qaranlığa gömüldü.
Erkül Puaro əlini pəncərə tutacağına qoyub, bir dəqiqə susdu. Sonra qaşqabağını tökərək pəncərəni bağladı ki, zərərli gecə havası içəri daxil olmasın. Erkül Puaro uşaqlıqdan əmin idi ki, çöl havası elə çöldə qalmalıdır və xüsusilə də gecə havası sağlamlıq üçün çox ziyanlıdır.
Pəncərələrin pərdəsini çəkdikdən sonra Puaro gülümsəyərək yatağına tərəf getdi. “Başa düşürsən, hə? O öldürülməlidir!” sözlərini yenidən düşünərək sakitcə gülümsədi. Bu, detektivin Qüdsdə ilk gecədə eşitdiyi sözlər idi.
“Doğrudan da hara gedirəmsə mütləq cinayət baş verməlidir!” - o mızıldandı. Yazıçı Antoni Trollop haqqında
eşitdiyi lətifəni yadına saldıqda yenidən gülümsədi.
Trollop Atlantik okeanında gəmidə üzərkən iki sərnişinin onun son romanı barədə danışdığını eşidir. Onlardan biri deyir:
- Çox əladır. Amma gərək o, darıxdırıcı qoca qadını - öldürəydi.
Romançı onlara yaxınlaşaraq gülümsəyir və deyir:
- Centlmenlər, çox minnətdaram. Elə bu dəqiqə gedib onu öldürəcəyəm!
Erkül Puaro indicə eşitdiyi sözlərə nəyin səbəb olduğunu düşündü. Bəlkə kimsə pyes və ya kitab yazır. Sonra təbəssümünü pozmadan fikirləşdi: “Bu sözlər bir gün pis mənada xatırlana bilər”.
O sözləri deyən səsi fikirləşdi. Səs kişiyə və ya gənc oğlana aid idi və olduqca gərgin, əsəbi idi.
Erkül Puaro yatağının yanındakı gecə lampasını söndürərkən düşündü: “O səsi yenidən eşitsəm, yəqin ki, - tanıyaram...”.
Aqata Kristi "Ölümlə Görüş" PDF
Kitab naşirin və ya yazarın tələbi ilə silinib.

Kitab naşirin və ya yazarın tələbi ilə silinib.

Saytımızın ünvanı qadağalar səbəbindən dəyişə bilər. Bu vəziyyətdən təsirlənməmək üçün sosial şəbəkə hesablarımızı izləyin.
  1. Aqata Kristi kimdir? Aqata Kristinin həyatı
    Aqata Kristi
    Onu «cinayətlərin kraliçası» adlandırırdılar, amma özünün başqa — "Ölüm hersoginyası" titulu xoşuna gəlirdi. Onun dahi təfəkküründə yüzlərlə ölüm və oğurluq hadisəsinin ideyası yaranmışdı. Odlu silahdan zəhləsi getsə də, zəhərləri...

Şərhlər 1

Şərh Yaz
  1. texno usta
    texno usta
    Qonaq
    Zloydu

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar